Icma.az
close
up
RU
Argentinada futbolçu meydanda öldü

Argentinada futbolçu meydanda öldü

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

Argentinada futbol matçı gedişatında sinə nahiyəsindən top zərbəsi alan 14 yaşlı oyunçu həyatını itirib.

Bakıvaxtı.az Oxu.Az-a istinadən xəbər verir ki, bədbəxt hadisə iyunun 16-da baş verib. 14 yaşlı Benyamin Valentin Donofrio La-Banda şəhərinin "Klub Atletiko Sarmiyento" komandasında çıxış edirdi.

Nəşr yazır ki, həvəskar matç zamanı gənc sinəsindən güclü top zərbəsi alıb - o, qışqıraraq qazona yıxılıb, bir neçə saniyədən sonra ayağa qalxıb, lakin sonra yenidən müvazinətini itirərək yerə yıxılıb. Bundan qısa müddət sonra gənc futbolçuda qıcolma halları müşahidə olunub.

Tibb müəssisəsinə aparılan zaman yeniyetmənin nəfəsalması və ürək döyüntüləri dayanıb. Xəstə dərhal reanimasiya şöbəsinə yerləşdirilsə də, həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Mütəxəssislərin qənaətinə görə, Donofrio tibdə nadir və olduqca riskli hal sayılan "ürək silkələnməsi" ilə üzləşib - bu vəziyyətdə döş qəfəsinin sol tərəfinə dəyən kəskin zərbə ürək ritminin anidən pozulması ilə nəticələnir.

"Need To Know" nəşrinin xüsusi olaraq vurğuladığına görə, belə hallarla (ürək silkələnməsi) əsasən aktiv idmanla məşğul olan şəxslər rastlaşırlar.

Hüquq-mühafizə orqanları gəncin əvvəllər hər hansı digər xəstəliyinin və ya sağlamlıq probleminin olub-olmamasını dəqiqləşdirmək məqsədilə tibbi ekspertiza təyin edib.

Xatırladaq ki, bir müddət əvvəl eyni nəşr Türkiyədə də analoji hadisənin yaşandığını, futbol oynayarkən sinəsindən top zərbəsi alan 49 yaşlı kişinin ürəyinin dayandığını xəbər vermişdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 20 İyun 2026 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see339

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see338

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see332

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see302

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see293

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see292

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see266

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see265

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see254

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see248

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see235

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see233

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see232

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see227

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see226

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see222

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see219

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see216

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see204

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri