Bakı sakinlərinə ŞAD XƏBƏR: Piyada keçidlərinə lift quraşdırılacaq
Yenisabah portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı Şəhər İcra Hakimiyyətinin “Lifttəmir” İstehsalat Birliyi paytaxtın yeraltı və yerüstü piyada keçidlərində lift, eskalator və platformaların yenilənməsi, eləcə də əsaslı təmiri üzrə işlər həyata keçirir.
“Yeni Sabah” xəbər verir ki, birinci satınalma müqaviləsi çərçivəsində Bakı şəhərinin 19 fərqli ünvanında yerləşən keçidlərdə liftlərin yenilənməsi, əsaslı təmiri, eskalatorların və əlil arabaları üçün nəzərdə tutulmuş platformaların yeniləri ilə əvəzlənməsi həyata keçiriləcək və bu işlərə 9 milyon 991 min 530 manat ayrılıb.
İkinci müqavilə isə paytaxtın 12 fərqli ünvanındakı keçidləri əhatə edir. Burada lift, eskalator, travelator, eləcə də əlil arabaları üçün platformaların yeni avadanlıqlarla əvəz olunması nəzərdə tutulur ki, bu layihənin də dəyəri 9 milyon 998 min 650 manat təşkil edir. pizza
Ümumilikdə bu işlərin həyata keçirilməsinə 19 milyon 990 min 180 manat məbləğində vəsaitin yönəldilməsi paytaxtın piyada infrastrukturunun təhlükəsizliyinin və rahatlığının təmin olunmasına xidmət edəcək.
Cəlalə Cəlalqızı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 05 Noyabr 2026 08:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















