Argentinalı futbolçunun “bomba zarafatı” baha başa gəldi VİDEO
Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.
Argentinanın “Gimnasia de Jujuy” klubunun futbolçusu Emiliano Endritssi təyyarədə etdiyi uğursuz zarafat səbəbindən polis tərəfindən saxlanılıb.
İdman.Biz xəbər verir ki, argentinalı oyunçu təyyarənin göyərtəsində zarafatla “məndə bomba var” deyə qışqırıb. Onun bu sözləri hava limanında ciddi həyəcana səbəb olub və təhlükəsizlik qaydalarına uyğun olaraq dərhal tədbir görülüb.
Hadisə nəticəsində təyyarənin uçuşu təxirə salınıb, hava limanının iş rejimi isə ciddi şəkildə pozulub. Endritssinin bu hərəkəti ucbatından 1200-dən çox sərnişin vaxtında mənzil başına çata bilməyib.
Qeyd edək ki, 32 yaşlı futbolçu hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və ona qarşı araşdırma başlanılıb.
Bu mövzuda digər xəbərlər:Bomba zarafatı etdi, təyyarədən düşürüldü VİDEO
23 Aprel 2025 19:22
Argentinalı futbolçunun aqibəti müəyyənləşdi
14 Mart 2025 19:02
Argentinalı futbolçunun evi qarət olunub
04 Dekabr 2024 16:20
Argentinalı futbolçunun evini qarət etdilər
04 Dekabr 2024 17:16
Argentinalı futbolçunun üzündə iflic aşkarlandı
30 Dekabr 2025 18:24
Baxış sayı:180
Bu xəbər 12 Aprel 2026 19:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















