Arı sancmalarına qarşı XƏBƏRDARLIQ İlk olaraq bunu edin!
Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Yay aylarında tez-tez rast gəlinən hallardan biri də arı sancmasıdır. Arı sancması zamanı ağrı, qızartı və şişkinlik kimi əlamətlər müşahidə oluna bilər. Bəzi insanlarda isə arı zəhərinə qarşı allergik reaksiya yarana və tənəffüs çətinliyi baş verə bilər.
“Yeni Sabah” xəbər verir ki, arı sancması zamanı ilk növbədə dəridə qalan iynə mümkün qədər tez çıxarılmalıdır. Daha sonra sancılan nahiyə sabun və soyuq su ilə yuyulmalı, həmin yerə buz tətbiq edilməlidir. Soyuq tətbiqi şişkinliyin və narahatlığın azalmasına kömək edə bilər.
Arı sancmasından sonra ağrı adətən ilk 1-3 saat ərzində daha güclü olur. Şişkinlik 2-7 gün, qızartı isə bir həftəyədək davam edə bilər. Dördpendirli pizza
Mütəxəssislərin tövsiyəsinə əsasən, simptomların yüngülləşdirilməsi üçün uyğun antihistamin və ağrıkəsici preparatlardan istifadə oluna bilər. Lakin xüsusilə tənəffüs çətinliyi, üz və boğaz nahiyəsində şişkinlik kimi ciddi allergik əlamətlər yarandıqda təcili tibbi yardım çağırılmalıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 16 Avqust 2026 11:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















