Icma.az
close
up
RU
Arı zəhərində qan damarları üçün təhlükəli xüsusiyyət aşkarlandı

Arı zəhərində qan damarları üçün təhlükəli xüsusiyyət aşkarlandı

Icma.az, Oxu.az saytına istinadən bildirir.

"Arı zəhəri qan damarlarının fəaliyyətini poza bilər".

Oxu.Az-ın xəbərinə görə, Barselona Muxtar Universitetinin tədqiqatçıları belə qənaətə gəliblər. Araşdırmanın nəticələri "Toxicological Sciences" (ToxiSci) jurnalında dərc olunub.

Təcrübədə alimlər apitoksinin - arı zəhərinin tərkibində olan bioloji aktiv maddələrin qarışığının təsirini öyrəniblər. Əsas komponent melittindir ki, tərkibin demək olar yarısı onun payına düşür. Onun təsiri insanın damar hüceyrələrində və laboratoriya siçanlarının aortasında sınaqdan keçirilib.

Nəticələr göstərib ki, apitoksin hüceyrələrin canlılığını azaldır və qan damarlarının genişlənmə qabiliyyətini zəiflədir. Müvafiq pozulmalar bir neçə dişləmədən sonra, bəzi insanlarda isə hətta bir və ya daha çox dişləmədən sonra baş verə bilər.

Xüsusilə nəzərəçarpan təsir erkək siçanlarda müşahidə olunub. Alimlərin ehtimalına görə, bu, hormonların (estrogenlərin) təbii olaraq aşağı səviyyədə olması ilə bağlıdır. Estrogenlər qan damarlarını genişləndirir, sistemli arterial təzyiqi azaldır, koronar qan axınını yaxşılaşdırır və damarların aterosklerotik zədələnməsinin qarşısını alır.

Mənfi təsirin əsas mexanizmləri oksidləşdirici stresin artması və damarların tonusunu tənzimləyən maddə olan azot oksidinin ifrazında yaranan pozulmalardır.

Eyni zamanda tədqiqatçılar bildiriblər ki, arı zəhəri təkcə təhlükəli deyil, həm də potensial faydalıdır. Onun təsirlərinə nəzarət etməyi öyrənmək mümkün olsa, qan tədarükünün pozulması ilə əlaqəli xəstəliklərin müalicəsində - məsələn, bəzi damar patologiyaları və ya şişlərdə istifadə edilə bilər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:162
embedMənbə:https://oxu.az
archiveBu xəbər 18 İyul 2025 08:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see357

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see236

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see232

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see231

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see224

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see223

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see221

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see218

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see217

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see213

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see207

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see206

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see205

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see200

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see200

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see200

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see199

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see199

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see199

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri