Icma.az
close
up
RU
Arif Əsədov: Almaniya millisi yeni sistemlə oynamağa hələ öyrəşməyib

Arif Əsədov: Almaniya millisi yeni sistemlə oynamağa hələ öyrəşməyib

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 5 iyun, AZƏRTAC

Dünən bir çox futbol mütəxəssisi Almaniyanın növbəti mərhələyə keçəcəyinə inanırdı. Ev sahibi olmaları da onlar üçün üstünlük sayılırdı.

Bu sözləri AZƏRTAC-a açıqlamasında UEFA-nın Bakıda keçirilən məşqçi kurslarında təlimatçı kimi çalışan Arif Əsədov Millətlər Liqasının yarımfinal mərhələsində Portuqaliya millisinin Almaniyanı 2:1 hesabı ilə məğlub edərək finala yüksəlməsi barədə danışarkən deyib.

O, hər iki komandanın ilk dəqiqələrdən ehtiyatlı oyuna üstünlük verdiyini bildirib: “Almaniya seçməsi yeni sistemlə meydana çıxmışdı. Bu, “üçlü” mərkəz müdafiəsi idi. Ərazi üstünlüyü Bundestimin tərəfində olsa da, təhlükəli vəziyyətləri daha çox portuqaliyalılar yaradırdı. Onlar həmişəki kimi oyunu əks hücumlar üzərində qurmuşdular. Düşünürəm ki, bu taktika Roberto Martinesin komandasına qələbəni gətirdi. Almanlar isə yeni sistemlə oynamağa hələ öyrəşməyib”.

54 yaşlı mütəxəssis Portuqaliya millisində yaxşı gənc oyunçuların olduğunu söyləyib: “Yaşları çox olan Brunu Fernandeş və Kriştianu Ronaldunu çıxsaq, digərləri gənclərdir. Onların funksional, fiziki və beyin sürətlərini nəzərə alsaq, gələcəkdə güclü Portuqaliya millisi görə bilərik”.

A.Əsədov bu gün İspaniya və Fransa yığmaları arasında keçiriləcək ikinci yarımfinal görüşü barədə də danışıb: “Burada hansı komandanın finala yüksələcəyini demək çətindir. Hər iki yığmanın oyun üslubu bir-birinə bənzəyir. Düzdür, ispanlar qısa ötürmələri və topa nəzarəti, fransızlar isə topu ələ keçirdikdən sonra tez bir zamanda hücumu qolla yekunlaşdırmağı xoşlayırlar. Fransa millisinin heyətində son nöqtəni qoya bilən futbolçular da var”.

Qeyd edək ki, İspaniya – Fransa oyunu bu gün Bakı vaxtı ilə saat 23:00-da “Ştutqart Arena”da keçiriləcək. Final qarşılaşması isə iyunun 8-də reallaşacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:110
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 İyun 2025 13:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see366

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see253

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see216

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see206

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see195

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see179

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see163

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see150

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see149

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see149

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see148

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see147

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see140

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see136

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see135

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see134

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see132

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see128

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see127

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri