“Biz də istəyirik ki, cənab Prezidenti sevindirək...” Ayxan Abbasov 2026 dan gözləntilərini açıqladı
Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.
2026-cı ilə qədəm qoyduq. Bəllidi ki, klub futbolunda rəqabət yüksək həddə çatıb. Ancaq yığmanın durumuyla bağlı nikbin danışmaq mümkün deyil: uzun müddətdi uğura acıq.
Bəs, 2026-cı ildən nə gözləyək? Bu ilin milli üçün düşərli olacağına inanmaq olarmı?
Sualları millinin baş məşqçisi Ayxan Abbasova ünvanladıq. Onun “Football-plus.az”a cavabı:
“Bu il təkcə əsas millinin yox, bütün yığma komandalarımızın uğurlu çıxışla yadda qalmasını istəyirəm. Bu il daha çox məsuliyyət tələb edən yarışda iştirak edəcəyik. Millətlər Liqasını nəzərdə tuturam. Təəbii ki, hədəf D liqasından C liqasına yüksəlmək olacaq. İnanıram ki, 2026-cı il bizim üçün uğurlu olacaq”.
Bilindiyi kimi, Prezident İlham Əliyev ilin sonunda idman ictimaiyyətinin nümayəndələri ilə görüş zamanı Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayevlə söhbət əsnasında milli komandanın oyunlarını izləmək üçün dəvəti belə cavabladı: “Gələrəm, birdən uduzarlar, pis olaram”.
Ayxan bəyə bu söhbəti də xatırladıq. Mütəxəssisin mövqeyi:
“Fərqindəyik ki, hamı bizdən yaxşı nəticələr gözləyir. Dövlətin futbola qayğısı ən yüksək səviyyədədi. Təkcə milli komandalara yox, ölkədaxili çempionatlara da böyük diqqət var. Dövlətin dəstəyi sayəsində premyer-liqada 12 komanda çıxış edir. Üstəlik 1-ci və 2-ci liqalar təşkil olunur. Bu çempionatlarda da komandalar inkişaf edir. Çox şükür, bölgə futbolu müəyyən səviyyəyə çatıb. Bu, dövlətimizin, dövlətimizin başçısının qayğısı sayəsində baş verib. Biz də istəyirik ki, cənab Prezidenti sevindirək, İlham Əliyev milli komandamızla yaxşı mənada öyünsün. Ümid edirik ki, bunun üçün çox gözləməli olmayacağıq. AFFA inkişaf planı hazırlayır. Gələcəkdə yaxşı nəticələr olacaq. Hər kəs milli komanda ilə qürur duyacaq”.
KƏNAN BAHADIR
Baxış sayı:57
Bu xəbər 01 Yanvar 2026 22:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















