Arif Əsədov: Bizi maraqlı Azərbaycan derbisi gözləyir
Icma.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.
"Neftçi" - "Qarabağ" oyunu ilə bağlı həmişə xoş təəssüratlar var. Hər iki klub Azərbaycanın bütün çempionatlarında çıxış edib. Tərəflər arasındakı matç həmişə prinsipiallıq daşıyıb". Bu sözləri Sport24.az-a açıqlamasında Azərbaycan millisinin sabiq məşqçisi Arif Əsədov deyib.
Mütəxəssis Misli Premyer Liqasının XXIII turunda keçiriləcək oyunla bağlı fikirlərini bölüşüb:
"Məncə, prinsipiallıq komandaların turnir cədvəlindəki hazırkı duruma baxmayaq davam edəcək. Azarkeşlərin rolunu xüsusi qeyd etmək istəyirəm. Onlar bu qarşılaşmanın marağını daha da artıracaqlar. "Neftçi" son oyunlarda qələbələri sıralayır. Yeni oyunçular da transfer edilib. "Qarabağ" bir müddət eniş yaşadı. Amma hazırda çempionluğa ən real namizəddir. Julio Romao ilə yollar ayrıldı, Kadi Borges isə komandaya güc qatacaq. Bizi maraqlı Azərbaycan derbisi gözləyir. Hər iki kollektivə uğurlar arzulayıram. Güclü olan qalib gəlsin. Əsas odur ki, maraqlı və baxımlı matça şahidlik edək".
Qeyd edək ki, fevralın 16-da təşkil olunacaq Azərbaycan derbisi saat 19:00-da start götürəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 14 Fevral 2025 13:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















