Icma.az
close
up
RU
Arif Əsədov: “Bu, həm yorğunluqdan, həm də diqqətsizlikdən ola bilir”

Arif Əsədov: “Bu, həm yorğunluqdan, həm də diqqətsizlikdən ola bilir”

Icma.az, sport24.az saytına istinadən bildirir.

"Sabah" növbəti mərhələyə çıxa bilməsə də, iki oyunda özünü yaxşı tərəfdən göstərdi". Bu sözləri Sport24.az-a açıqlamasında Azərbaycan millisinin sabiq məşqçisi Arif Əsədov deyib.
Təcrübəli mütəxəssis Bakı təmsilçisinin Avropa Liqasının I təsnifat mərhələsində Sloveniyanın "Çelye" komandasına uduzması ilə bağlı fikirlərini bölüşüb:
"Bərabər səviyyəli matçlar izlədik. Baxmayaraq ki, çətin və təcrübəli rəqib düşmüşdü. Sonda "Çelye"nin təcrübəsi, "Sabah"ın isə tam hazır olmaması nəticəyə təsir etdi. İlk qarşılaşmadakı məğlubiyyətdən sonra itiriləsi bir şey yox idi. Komanda risk etməli idi. Belə də oldu. Rəqibə təzyiq etməklə görüşə başladılar. İstədiklərinə də nail oldular və hesabda önə keçdilər"
Arif Əsədov Azərbaycan klubunun əsas problemlərindən də söz açıb: "Sabah" ikinci matçda nisbətən yaxşı müdafiə olunurdu. Amma topu ələ keçirəndə də tez itirirdilər. Topa nəzarətin olması əsas problemlərdən idi. Hesabda da önə çıxdılar. Əlavə dəqiqələrdə fiziki keyfiyyətin o qədər də yüksək olmaması öz sözünü dedi. Çünki hər iki qarşılaşmada qolları son dəqiqələrdə buraxdılar. Bu həm yorğunluqdan, həm də diqqətsizlikdən ola bilir. Amma yaxşı matçlar oldu. "Sabah" potensiallı kollektiv kimi gözə dəydi. Düşünürəm ki, Konfrans Liqasında növbəti mərhələlərə vəsiqə qazana biləcəklər. Transferlər, baş məşqçi işi öz sözünü deyir. Təzə məşqçinin etdiyi əvəzetmələr oyuna güc qatdı. Məncə, məğlub olsalar da, layiqli oyun göstərdilər".
Qeyd edək ki, Bakıda 2:3 hesabı ilə uduzan "Sabah" səfərdə əsas vaxtda eyni hesablı qələbə qazanıb. Əlavə vaxt 3:3 hesabı ilə bitdiyindən bakılılar mübarizəni dayandırıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:151
embedMənbə:https://sport24.az
archiveBu xəbər 19 İyul 2025 10:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see294

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see294

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see290

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see271

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see269

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see263

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see262

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see241

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see226

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see214

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see213

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see213

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see211

Kayli Cennerin keçmiş işçisi məhkəməyə müraciət etdi Ağır ittihamlar

14 Noyabr 2026 23:23see209

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see207

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see201

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see197

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see189

Tuxel İspaniya mediasına sərt reaksiya verdi: “Siz özünüz qalmaqal yaradırsınız”

15 Noyabr 2026 02:17see182

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

15 Noyabr 2026 16:38see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri