Icma.az
close
up
RU
Dünya liderlərinin hesabları necə hədəf alınır? 1 keçidlik təhlükə

Dünya liderlərinin hesabları necə hədəf alınır? 1 keçidlik təhlükə

Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Müasir dünyada rəqəmsal təhlükəsizlik məsələsi artıq yalnız texnoloji şirkətlərin və ya ayrı-ayrı dövlətlərin problemi deyil.

“Qafqazinfo Bizim.media-ya istinadən xəbər verir ki, sosial şəbəkələrin siyasi kommunikasiya və informasiya mübadiləsinin əsas vasitələrindən birinə çevrilməsi bu platformalarda təhlükəsizlik məsələsini milli və beynəlxalq təhlükəsizliyin mühüm komponentlərindən biri kimi ön plana çıxarıb.

Noyabrın 15-də Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarına qarşı müşahidə olunan kiberhücumlar da bu baxımdan diqqət çəkir.

Azərbaycan Prezidentinin rəsmi “X” hesabında “Bitly” keçidləri yer alan, 2011-ci ilə aid bəzi köhnə paylaşımlarında aidiyyəti olmayan keçidlər peyda olub. Məsələ dərhal nəzarətə götürülüb, problemli məqamların hamısı qısa müddətdə aradan qaldırılıb.

“Bitly” problemi – nə baş verir?

Qeyd edək ki, sosial media paylaşımlarındakı uzun veb-keçidləri qısa formada təqdim edən, xüsusilə “X” platformasında simvol məhdudiyyətlərinin mövcud olduğu dövrdə – 2010-cu illərdə geniş istifadə edilən “Bitly” xidmətində 2026-cı il noyabrın 14-də qlobal problem müşahidə olunub. Nəticədə xidmət vasitəsilə yaradılmış bəzi köhnə keçidlər dəyişdirilərək istifadəçiləri tamamilə fərqli internet səhifələrinə yönləndirməyə başlayıb.

“New York Post” nəşrinin noyabrın 15-də yaydığı məlumata görə, ABŞ Prezidenti Donald Trampın “X” hesabında təxminən 20 köhnə paylaşımın daxilindəki “Bitly” keçidləri dəyişdirilib. İstifadəçilər həmin keçidlər vasitəsilə Epşteyn işi ilə bağlı materiallara və digər fərqli məzmunlu səhifələrə yönləndirilib.

Eyni problem dünyanın ən böyük fast-fud şəbəkələrindən olan “McDonald's” və “Burger King” şirkətlərinin sosial şəbəkə paylaşımlarına da təsir edib. Belə ki, hər iki şirkətin “X” platformasında illər əvvəl yayımladığı bəzi paylaşımlardakı keçidlər dəyişdirilərək istifadəçilər 11 sentyabr terror aktları və Almaniyada nasist rejimi ilə bağlı məlumat səhifələrinə yönləndirilib.

CNN-in məlumatına görə, “Burger King” nümayəndəsi şirkətin bu keçidlərin dəyişdirilməsində iştirakının olmadığını və problemi aradan qaldırmaq üçün tədbirlər gördüyünü bildirib. “McDonald's” isə məsələ ilə bağlı dərhal açıqlama verməyib.

Sözügedən insidentlər fonunda “Bitly” də açıqlama yayaraq bəzi köhnə və fəaliyyətsiz keçidlərin yenidən istifadə edilməsinə imkan verən problemin aşkarlandığını, bu prosesdə iştirak edən hesabların dayandırıldığını və dəyişdirilmiş keçidlərin deaktiv edildiyini bildirib.

Bu hadisə göstərir ki, hətta uzun illər əvvəl paylaşılmış məlumatlar və həmin məlumatlarda yer alan keçidlər belə sonradan kibercinayətkarların müdaxiləsi üçün vasitəyə çevrilə bilər.

“McDonald's”ın “Instagram” hesabına kriptovalyuta hücumu

Son baş verənlər “McDonald's”ın üzləşdiyi ilk belə insident bu deyil. 2024-cü il avqustun 21-də şirkətin rəsmi “Instagram” hesabı sındırılaraq izləyicilərə saxta kriptovalyuta reklamı təqdim edilmişdi.

Hakerlər “Solana” blokçeynində yaradılmış GRIMACE adlı memkoinin reklamını yayımlamışdılar. Saxta reklamın yayılmasından sonra tokenin bazar dəyəri qısa müddətdə təxminən 20 milyon dollara yüksəlmiş, daha sonra isə kəskin şəkildə azalaraq 1 milyon dollardan aşağı düşmüşdü.

Həmin vaxt şirkətin hesabında yerləşdirilən məlumatda kriptovalyuta layihəsi “McDonald's eksperimenti” kimi təqdim edilmiş, profilin özündə isə istifadəçilərdən təxminən 700 min dollar dəyərində kriptovalyuta əldə edildiyinə dair ifadə yer almışdı.

Obama, Bayden, Mask və Qeyts də hakerlərin hədəfində olub

Siyasi və ictimai fiqurların sosial şəbəkə hesablarına müdaxilə halları yeni deyil. Bunun ən böyük nümunələrindən biri 15 iyul 2020-ci ildə “Twitter” platformasında baş vermiş genişmiqyaslı kiberhücumdur.

Həmin vaxt Barak Obama, Co Bayden, İlon Mask, Bill Qeyts, Ceff Bezos, Maykl Blumberq və Uorren Baffet kimi tanınmış şəxslərin hesabları, eləcə də “Apple”, “Uber” və bir sıra kriptovalyuta şirkətlərinin rəsmi səhifələri hücuma məruz qalmışdı.

ABŞ Ədliyyə Nazirliyinin hadisə ilə bağlı yaydığı materiallarda ümumilikdə 130-a yaxın hesabın hədəfə alındığı bildirilirdi. Hakerlər bəzi hesablara nəzarəti ələ keçirərək onların adından saxta kriptovalyuta kampaniyası həyata keçirmişdilər.

İstifadəçilərə göndərilən mesajlarda müəyyən kriptovalyuta ünvanına pul köçürmələri müqabilində vəsaitlərinin ikiqat qaytarılacağı vəd edilirdi. Nəticədə çoxsaylı şəxslər aldadılmış, hadisə dünyanın ən böyük sosial şəbəkə platformalarından birinin təhlükəsizlik sisteminin zəifliklərini üzə çıxarmışdı. Bu insidentdən sonra ABŞ-də bir neçə nəfər məsuliyyətə cəlb edilmişdi.

Yeni nəsil hücumlar daha mürəkkəb xarakter alır

Kibertəhlükəsizlik sahəsində baş verən son insidentlər göstərir ki, hücumların metodları zaman keçdikcə dəyişir. Əvvəllər əsasən parolların oğurlanması və hesabların birbaşa ələ keçirilməsi ilə müşayiət olunan hücumlar indi daha mürəkkəb texniki mexanizmlər vasitəsilə həyata keçirilir.

Kibercinayətkarlar sosial şəbəkələrə inteqrasiya olunmuş üçüncü tərəf tətbiqlərindən, köhnə keçidlərdən, zəif qorunan rəqəmsal xidmətlərdən və istifadəçilərin diqqətsizliyindən yararlanmağa çalışırlar.

Süni intellekt texnologiyalarının inkişafı isə bu təhlükələrin miqyasını daha da genişləndirir. Avtomatlaşdırılmış sistemlər vasitəsilə kütləvi fişinq kampaniyalarının hazırlanması, saxta məzmunun yaradılması və müxtəlif hesablara eyni vaxtda hücumların təşkili asanlaşıb.

Rəqəmsal təhlükəsizlik milli təhlükəsizlik məsələsi kimi

Bütün bu nümunələr bir reallığı ortaya qoyur: Dövlət başçılarından dünya texnologiya nəhənglərinə, beynəlxalq şirkətlərdən ayrı-ayrı ictimai xadimlərə qədər hər kəs kibermüdaxilə təhlükəsi ilə üzləşə bilər. Bu isə çox ciddi problemlərə səbəb ola biləcək haldır.

Buna görə də, müasir dövrdə kibertəhlükəsizlik dövlət suverenliyinin və milli təhlükəsizliyin ayrılmaz hissəsinə çevrilib. Digər tərəfdən, rəqəmsal platformaların imkanları genişləndikcə, həmin platformalarda mövcud olan təhdidlər də mürəkkəbləşir. Bu isə həm beynəlxalq texnologiya şirkətlərinin, həm də milli kibertəhlükəsizlik qurumlarının daha çevik və qabaqlayıcı müdafiə mexanizmləri formalaşdırmasını zəruri edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 16 Noyabr 2026 22:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see294

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see294

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see290

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see271

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see269

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see263

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see262

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see241

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see226

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see214

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see213

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see213

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see211

Kayli Cennerin keçmiş işçisi məhkəməyə müraciət etdi Ağır ittihamlar

14 Noyabr 2026 23:23see209

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see207

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see201

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see197

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see189

Tuxel İspaniya mediasına sərt reaksiya verdi: “Siz özünüz qalmaqal yaradırsınız”

15 Noyabr 2026 02:17see182

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

15 Noyabr 2026 16:38see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri