Icma.az
close
up
RU
Arif Əsədov: Ümid edirəm ki, Fransa ilə oyunda döyüşkən milli komanda görəcəyik

Arif Əsədov: Ümid edirəm ki, Fransa ilə oyunda döyüşkən milli komanda görəcəyik

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 10 oktaybr, AZƏRTAC

Fransa yığması dünyanın ən güclü komandalarından biridir və qrupumuzun əsas favoritidir. Buna baxmayaraq, millimiz son ana qədər mübarizəni davam etdirməlidir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında UEFA-nın Bakıda keçirilən məşqçi kurslarında təlimatçı kimi çalışan Arif Əsədov Azərbaycan millisinin DÇ-2026-nın seçmə mərhələsində bu gün Fransa ilə keçirəcəyi matç barədə danışarkən deyib.

O, səfər qarşılaşmasının millimiz üçün çətin sınaq olacağını söyləyib: “İstərdik ki, komandamız Vətənə xalla qayıtsın. Amma reallığı nəzərə alsaq, bu, asan görünmür. Lakin futbol sürprizlərlə doludur. Hər şey mümkündür. Yığmamız Ukrayna ilə keçirdiyi son matçda (1:1) çox yaxşı əzmkarlıq nümayiş etdirdi. Futbolçularımız milli ruh və yüksək motivasiya ilə meydana çıxmışdılar. Fransa ilə görüşdə də eyni yanaşmanı görmək istərdik. Hətta məğlub olsaq belə, əsas odur ki, meydanda əlimizdən gələni etdiyimizi deyə bilək. Bu düşüncə ilə matça çıxmaq daha doğru olar”.

A.Əsədov, həmçinin yeni baş məşqçi Ayxan Abbasovun komanda ilə daha çox vaxt keçirdiyini və futbolçuların potensialını yaxşı bildiyini vurğulayıb: “İlk oyunda o, futbolçularla az müddət bir yerdə oldu. Bu dəfə isə bir neçə məşq keçirilib və yığmanın meydana hansı taktiki sxemlə çıxacağı artıq bəllidir. Futbolçuların potensialını Ayxan Abbasov daha yaxşı bilir. Təbii ki, Fransaya qarşı dominant futbol gözləmək real deyil. Daha çox müdafiə olunmaq barədə düşünəcəyik. Ümid edirəm ki, bu görüşdə döyüşkən milli komanda görəcəyik”.

Qeyd edək ki, “Park de Prens” stadionunda keçiriləcək Fransa - Azərbaycan qarşılaşması Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:159
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 Oktyabr 2025 11:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri