Yeton Beqiri: “Ümid edirəm ki, daha yaxşı komanda görəcəyik”
Icma.az, Apasport saytına istinadən bildirir.
“Qəbələ”nin baş məşqçisi Yeton Beqiri “Karvan-Yevlax”la yoxlama oyunundan (0:0) sonra fikirlərini bölüşüb.
Apasport.az xəbər verir ki, klubun mətbuat xidmətinə açıqlama verən albaniyalı mütəxəssis komandanın hazırlığından və futbolçuların durumundan danışıb:
“Bu həftə çox çalışmışıq. Gündə iki dəfə məşqlərimiz olurdu. Bu səbəbdən komanda yorğun görünürdü. “Sumqayıt”la oyuna hazırlaşmağa hələ vaxtımız var. Bu matçda əsas məqsədimiz gənc futbolçulara şans vermək, onların təzyiq altında necə oynadıqlarını müəyyənləşdirmək idi. Mənim üçün ən vacibi futbolçuların çatışmazlıqlarını görmək idi. Bəzi futbolçular 30, bəziləri 25 dəqiqə oynadı. Əsas odur ki, görüşü zədəsiz başa vurduq.
4 futbolçumuz müxtəlif yaş qrupları üzrə milli komandaların düşərgəsindədir. Çox çalışıb vəziyyəti yaxşılaşdıracağıq. Ümid edirəm ki, daha yaxşı komanda görəcəyik.
Bu gün Rafael Utziq təxminən 30 dəqiqə meydanda oldu. Çox keyfiyyətli futbolçudur. Hələ ki komanda ilə cəmi 2 məşqə çıxıb. Braziliyada fərdi məşqlər edib. 2-3 həftəyə ən yaxşı formasına yüksələcək”.
Şəhid jurnalistlərin xatirəsinə həsr edilən V minifutbol turniri start götürüb Azərbaycanda işləmiş baş məşqçi Gürcüstan millisində - RƏSMİ Mahir Emreli: “Sabah yaxşı nəticə qazanacağımıza inanırıq” Ayxan Abbasov: “Əsas məqsədimiz bu turnirdə birinci yeri tutmaqdır” Rəşad Eyyubov: “Çox ağır oyun keçirdik”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:171
Bu xəbər 27 Sentyabr 2026 22:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















