Icma.az
close
up
RU
Arif Hüseynovun əsərləri Gürcüstanda sərgilənəcək

Arif Hüseynovun əsərləri Gürcüstanda sərgilənəcək

Icma.az bildirir, Ayna portalına istinadən.

Sərgidə rəssamın 2024-2025-ci illərdə yaratdığı 12 qrafik əsər nümayiş olunacaq

Noyabrın 5-də Gürcüstanın Bolnisi Muzeyində Azərbaycanın Xalq rəssamı, görkəmli qrafik rəssam və professor Arif Hüseynovun əsərlərindən ibarət sərgi açılacaq. Sərgi "Zamanın düyünləri" layihəsi çərçivəsində təşkil olunur.

Sərgi Azərbaycan əhalisinin sıx məskunlaşdığı və güclü xalçaçılıq ənənələrinin yaşadığı Bolnisi bölgəsində keçiriləcək.

Sərgidə rəssamın 2024-2025-ci illərdə yaratdığı 12 qrafik əsər nümayiş olunacaq. Kətan üzərində qarışıq texnikada çəkilmiş seriya rəssamın milli adət-ənənələrə olan sevgisini və məhəbbətini tərənnüm edir və maraqlı süjet xətlərini özündə birləşdirir.

Sərgidə həmçinin rəssamın "İki ürəyin hekayəsi" rəsmi əsasında toxunmuş xalça da nümayiş olunacaq. Azərbaycan Milli Xalça Muzeyinin Ənənəvi Texnologiyalar şöbəsində yaradılan bu sənət nümunəsi mürəkkəb kompozisiyası ilə seçilir və 70-dən çox rəng çalarından ibarətdir. Qeyd etmək lazımdır ki, bu, rəssamın xalçada təcəssüm etdirdiyi ilk əsəridir.

Bundan əlavə, süni intellekt texnologiyasından istifadə edərək əsərlər canlandırılacaq və video formatında təqdim olunacaq ki, bu da sərgiyə interaktiv xarakter verəcək.

Layihə çərçivəsində Azərbaycan Milli Xalça Muzeyinin uşaq şöbəsinin əməkdaşları Bolnisi sakinləri və qonaqları üçün "Xalçalar necə hazırlanır" adlı ustad dərsi keçəcəklər. İştirakçılar xalçaçılığın bütün mərhələlərində - qoyun qırxmaqdan, daramaqdan və yun əyirməkdən tutmuş xalça toxuma prosesinə qədər iştirak edə biləcəklər.

Azərbaycan Mədəniyyət Nazirliyinin və Gürcüstan Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan Milli Xalça Muzeyi və Gürcüstan Milli Muzeyi tərəfindən təşkil edilən sərgi Bolnisi Muzeyində 5 dekabr 2025-ci ilə qədər davam edəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://ayna.az
archiveBu xəbər 28 Oktyabr 2025 17:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see309

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see309

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see306

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see302

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see299

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see280

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see279

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see277

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see276

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see260

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see252

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see250

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see238

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see236

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see234

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see224

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see216

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see216

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see210

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri