Icma.az
close
up
RU
Menu

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

Bu meyvələrin qabığını yemək olarmı?

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

Gündə 50 qramdan artıq yemək zərərlidir

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

ARILAR: çiçək, rayihə, musiqi, sevgi, bal...

ARILAR: çiçək, rayihə, musiqi, sevgi, bal...

Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bütün dünya hadisələrinə rəğmən öz yolu ilə ahəstəcə addımlayan füsunkar baharın ətrafdakı gözəllikləri əhatəsində bu günlər bir musiqi adamı ayaq saxlamağa, onu dinləməyə vadar edir… Bu musiqi sanki barmaqların notların üzərində hərəkətilə birdən zilə qalxıb, birdən bəmə enməklə təbiətin ucsuz-bucaqsızlığında uzaqlaşır, yaxınlaşır. Ətrafdakı çiçəklərin bir-birinə qarışan rayihəsi bu musiqinin ifaçılarından “söhbət açır”. Çünki o ifaçıların həyatı bu rayihənin onları çiçəyə çağırışı ilə başlar, kiçicik, sadə daxmalarında bitər. Musiqi nə qədər gözəl olsa da, lakin ilk ağla gələn həmişə eşitdiyimiz bu söz olur: arı vızıltısı… Yox, əsla vızıltı deyil bu. Kim arıların səsini belə adlandırmış görəsən? Bu sözün ilk səslənməsi belə, adama xoş gəlmir, haradasa insanı narahat edən, başağrısı gətirən bir səs təsirini bağışlayır. Nə qədər yanlış imiş, bununla əsla razılaşmaq olmaz. Axı bu səs vızıltı deyil, gözəl bir musiqi əsəridir – balladadır. Adama bal kimi şipşirin gələn balladanın xorla oxunan nəğmə, musiqi ilə müşayiət olunub, dramatik oyunlar və rəqslərlə başa çatan bir xalq poeziyası nümunəsi olduğuna nəzər saldıqda, bu janrın, bəlkə, elə arılara istinadən yaradılması adamı çox düşündürür. Bəli, arıların balladası, bal balladası... Ağacların, güllərin, çiçəklərin bu möhtəşəm simfonik orkestrin üzvləri, təbiətin özünün isə dirijoru olduğu, şövqlə ifa olunan böyük bir musiqi bəstəsidir. Arıların zəhmət nəğməsidir.

Bahar gəlişi ilə qışboyu “evlərindən” bayıra çıxmayan arıları yeni həyata, təbiətin qoynuna səsləyib. Dünyanın ən kiçik, lakin ən zəhmətkeş, kiçicik can-cüssələri ilə “evlərində” yaratdıqları qayda-qanuna, gördükləri işin keyfiyyətinə, ortalığa çıxardıqları zəhmət bəhrəsinə görə bütün canlılardan üstün olan arılar isə bu çağırışla yeni iş mövsümünə başlayıblar. Budur, minlərlə arı güllü-çiçəkli çəmənlərdə, bağçalarda iş başındadır. Diqqətim bu kiçik canlılardan birinin səhərdən bəri çiçəyin üzərindəki mücadiləsində ilişib qalıb. Bu kiçik varlığın simasında milyonlarla arını Yer kürəsinə bəxş edən Ulu Yaradanın onlara əmrini xatırlayıram: “Dağlarda, ağaclarda və insanların qurduqları çardaqlarda (evlərin damında, üzümlüklərdə) özünə evlər tik (pətəklər sal)…Sonra bütün meyvələrdən ye və Rəbbinin sənə göstərdiyi yolla rahat, asanlıqla get!.. O arıların qarınlarından insanlar üçün şəfa olan müxtəlifrəngli (ağ, sarı, qırmızı) bal çıxar. Şübhəsiz ki, bunu da düşünüb dərk edənlər üçün bir ibrət vardır!” Və bir də həmin arının simasında Yaradanın bu kiçicik canlara sığdıra bildiklərini, onların fizioloji cəhətdən özlərindən dəfələrlə böyük varlıqlara faydalarını düşünürəm. Düşünürəm ki, Ulu Yaradanın şüur bəxş etdiyi biz insanların bəzən 4-6 nəfərdən ibarət ailələrimizdə yarada bilmədiyimiz düzəni böyük ailələr şəklində yaşayan, bir-birlərini yalnız qoxuları ilə tanıyan, hər birinin öz işi, əməyi olan, günləri saniyəbəsaniyə zəhmətə hesablanan arılar necə də gözəl şəkildə qura bilirlər. Bu bir arının timsalında milyonlarla arının yaranışını, yaşamını göz önünə gətirirəm: onların yumurtadan çıxmalarını, bu yumurta qabıqlarını yenicə çırtıb həyata boylanan kiçicik vücudlarını, qısa bir zamanda özlərindən böyüklərdən aldıqları “təlim və təhsillə”, sanki illərin zəhmətkeşi olduqlarını düşünürəm. Budur, çiçəkdən-çiçəyə o incə qanadlarını ahəstəcə titrətməklə uçuşurlar. Kiçicik canları ilə saniyədə 250 dövrə vurur, bir saatda 15 kilometr sürətlə uça bilirlər. Çiçəklərin şirəsini topladıqca vücudları ağırlaşır, lakin bu onların uçuş cəldliyinə mane ola bilmir. Bu bapbalaca varlıqların çiçəklərdən şirəni sormaq üçün dili, əşyalara toxunub qoxusunu duymaq üçün bığcıqları, özlərini qorumaq üçün neştərləri var. Həmin neştərlər insana toxunanda necə acı verirsə, (Ulu Yaradanın hikməti ilə bu acıda da dərdlərə dərman, çarə var ) bu bədəndən axan baldan dadanda bir o qədər şirinlik duyulur.

Çiçəyin üzərindəki mücadiləsini tamamlayıb uçmağa başlayan bu arının gedəcəyi ünvanı düşünürəm. Həyatları pətəkdən çiçəyə, çiçəkdən pətəyə qədər olan məsafəyə hesablanan arı hara gedə bilər ki? Təbii ki, pətəyə – mənzilinə. Budur pətək… Kənardan sadə, çox kiçik bir qutu kimi görünən bu mənzildə ən müasir texnoloji avadanlıqlarla işləyən böyük fabrik və zavodların gündəlik istehsal gücündən dəfələrlə artıq bir iş prosesi var. Bu proses təbii yolla, sadəcə, böyük zəhmətlə gerçəkləşir. Burada heç bir xammal kənardan alınmır. Nə mum, nə süd, nə şəkər, nə də su… Budur, bayaqkı ballada indi pətəyin ətrafında səslənir. Arılar bədənlərindən mum ifraz edib şan hazır­layanların əməyini tamamlamaq üçün pətəyə can atırlar. O şanlarda insanların etdiyindən fərqli şəkildə, metrsiz, xətkeşsiz, ölçüsüz, lakin çox böyük dəqiqliklə hazırlanan hücrələri öz nektarları ilə doldurmağa, çölün-çəmənin min bir dadda, ətirdə olan çiçəklərindən topladıqlarını insan üçün nemətə çevirmək naminə ilahi bir əmrlə uçuşurlar. Pətəkdə qızğın, bir o qədər də sirli iş prosesi var: balı muma çevirənlər, mumdan şan düzəldənlər, şanı üfüqi, şaquli hissələrə bölənlər, hücrələr toxuyanlar… Erkək arılar, sürfə qoyub yeni minlərlə arının dünyaya gəlməsini gözləyən ana arılar, dünyaya gələn “bacı-qardaşlarını” südlə qidalandıran bəsləyici arılar, təmizlik işləri görən arılar, işə tələsən işçi arılar, pətəyin keşiyini çəkən arılar...
Bəli, ölkəmizdə hər il keçirilən “Arıçılıq məhsulları – bal festivalı”nda gördüyümüz çeşid-çeşid bal, bal məhsulları, sən demə, bax belə, minlərlə arının dəyişməz süjet xətti üzərindəki həyat tərzindən, zəhmətindən, bir də ki, yorulmadan səsləndirdikləri əmək balladasından hasil olurmuş. Dadarkən çiçək ətri duyulan, nərgizi, bənövşəni, ərik, şaftalı, alma çiçəklərini burnuna yaxınlaşdırırmışsan kimi hiss olunan bal... Arıların balladasında da, çiçəyə, ətrə, şirəyə yönələn uçuşlarında da bu gözəl yurdumuzdan aldıqları ilham, bu cənnətməkanın onlara verdiyi güc, ruh duyulur.

Kiçik, lakin böyük hissiyyata malik bu varlıqlar təmiz, oksigenlə bol, günəşli havanı hiss etmədən pətəkdən bayıra çıxarlarmı? Çiçəklərin ətri, güllərin rayihəsini almadan uçuşarlarmı? Bunlar olmasa, heç arılar var ola bilməz. Onların gül-çiçəkli yerləri özlərinə məskən seçməsinin də, elə arıçılığın bu yerlərdə daha geniş kənd təsərrüfatı sahəsi kimi formalaşmasının və ildən-ilə inkişaf etməsinin səbəbi Yaradanın bəxş etdiyi bu füsunkar təbiət, əlverişli təbii-iqlim şəraiti, zəngin yem ehtiyatları bazasıdırsa, digər səbəb isə bu bəxşişi dəyərləndirənlərdir. Arıçılığın inkişafı ilə bağlı imzalanan dövlət sənədlərinin- “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nin, “Azərbaycan Respublika­sında arıçılığın inkişafının stimullaşdırılması haqqında” Sərəncamın hədəfi ənənəvi arı cinslərinin yetişdirilməsi, arı ailələrindən yüksək məhsul götürülməsi, arıçıların dövlət maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi, arıçılıq məhsullarının ixracının stimullaşdırılmasıdır ki, bunlar artıq reallaşıb. Bu sahə üzrə müxtəlif tədbirlərin, o cümlədən beynəlxalq və yerli əhəmiyyətli elmi-praktik konfransların keçirilməsi, arıçılara yaradılan münbit şərait – sahibkarların pulsuz dərman preparatları ilə təmin edilməsi, arıçılıqla məşğul olan təsərrüfat subyektlərinə kreditlərin verilməsi, arı yeşiyi, çərçivə (pətək) istehsalı sahəsinin yaradılması, arıçılıq təsərrüfatlarının fəaliyyətini əlaqələndirmək, arıçıların rastlaşdıqları problemlərin vaxtında həllinə nail olmaq son illər bu sahənin inkişafına səbəb olub.

Dövlət Statistika Komitəsi tərəfindən təşkil olunmuş statistik müşahidənin nəticələrinə görə 2025-ci ildə arıçılıqla məşğul olan 29 456 təsərrüfatda mövcud olan 545,1 min arı ailəsindən 4757 ton bal, 122,9 ton mum, 7,5 ton vərəmum, 14,9 ton güləm və 254 kq arı südü əldə edilib.
İstehsalçılar üzrə balın 1 kiloqramının orta satış qiyməti 28,5 manat, mumun - 17,7 manat, vərəmumun - 135,3 manat, güləmin - 154,6 manat təşkil etmiş, arı südünün 1 qramının orta satış qiyməti isə 6,8 manat təşkil edib.
2024-cü illə müqayisədə 2025-ci ildə arı ailələrinin sayı 5,9 faiz, arıçılıqla məşğul olan təsərrüfatların hər birinə orta hesabla düşən arı ailələrinin sayı 2,1 faiz, bal istehsalı 7,9 faiz, mum istehsalı 6,9 faiz, vərəmum istehsalı 12,2 faiz, güləm istehsalı 11,2 faiz azalmış, arı südü istehsalı isə 6,2 faiz artıb.

Son illər təsərrüfat sa­hibləri arı ailələrini Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazilərinə köçürürlər. Hazırda bu iqtisadi rayonlarda ildə təxminən 1 500 ton bal istehsal olunur. Məlumata əsasən bu il işğaldan azad edilmiş ərazilərə 200 000-dən çox arı ailəsinin köçürülməsi gözlənilir.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, 2023-cü ilin yaylaq mövsümündə işğaldan azad olun­muş ərazilərə 125 minə yaxın arı ailəsi aparılıb. Bu da öz növbəsində keyfiyyətli bal istehsalı ilə yanaşı, məhsuldarlığın artırılmasına geniş im­kanlar yaradır.

...Çiçək, rayihə, musiqi, sevgi... Deyirlər ki, bal min bir dərdin dərmanıdır. Nə üçün? Nəzər salaq. Əgər dünyada tibbin üzünü ağ edən təbiətin min bir adlı bitkisindən, çiçəyindən hazırlanan dərmanlardırsa, koma vəziyyətinə düşən, ölümlə mücadilə edən insanı bəzi tanış qoxular yenidən həyata qaytarırsa, xəstəliklər var ki, musiqi ilə çox effektiv müalicə olunursa və nəhayət, dünyanı sevgi xilas edirsə, bu dörd ünsürdən yaranan bal niyə də dərdlərin dərmanı olmasın ki?..
Və son olaraq Albert Eynşteyn deyirdi ki, “Əgər arılar yer üzündən yox olarsa, insanın, sadəcə, dörd il ömrü qalar. Arı olmazsa, tozlanma, bitki, heyvan və insan olmaz”. Odur ki, bu bahar da arıların balladası ilə həyat öz gözəllikləri ilə davam edir…

Mətanət Məmmədova

P.S. 20 May-Ümumdünya Arılar Günündə arıların balladasını dinləməklə onların həyatımız üçün nə qədər əhəmiyyətli olduğunu bir daha anladıq. Və anladıqca bal istehsalının artırılmasının da vacib olduğunu dərk etməliyik. Odur ki, bu sahənin inkişafı üçün əlimizdən gələni etməliyik. Çünki həyatımızda arı və bal əvəzolunmazdır...

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:134
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 20 May 2026 12:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

09 Sentyabr 2026 19:08see298

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

09 Sentyabr 2026 16:52see277

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

09 Sentyabr 2026 21:37see272

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

09 Sentyabr 2026 17:42see265

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

09 Sentyabr 2026 21:17see264

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see264

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see246

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

10 Sentyabr 2026 01:23see245

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see242

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

09 Sentyabr 2026 19:21see242

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see239

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see237

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

09 Sentyabr 2026 16:33see234

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

09 Sentyabr 2026 21:16see230

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see217

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see210

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

10 Sentyabr 2026 09:12see199

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see183

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see181

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

10 Sentyabr 2026 18:14see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri