Icma.az
close
up
RU
Atanın vəsiyyəti çiçək açacaq...

Atanın vəsiyyəti çiçək açacaq...

Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Nə düşünürsən eləsən, nə yeyirsən osan, nə görürsən elə yaşayırsan... Əsirlərin sınağından çıxaraq artıq fiziki vəziyyət almış bu deyimlər yaradılışdan başlayan yolun işıqlarıdır.

Qar yenə səmada gizlənərək üzünün bir hissəsini göstərdi bizə. Gördü ki, ona “üzün məndən nihan etmək dilərsin, etməgil” demədik. Deyindik, qarğıdıq, gileyləndik. “Sənin ki bu qədər təmizliyin var, bağışlamaq olar soyuqluğunu” misrası milyonda bir adamın yadına düşdü, ya düşmədi... Rəssam - şair Adil Mirseyidin “qara çörək, bəyaz pendir, qırmızı çaxır... qar yağır... qar yağır... qar yağır...” misrasını inanmıram xatırlayan oldu. Kişi sözlə təbiətin rəsmini çəkib.

Birdən xəbər eşitdik: İstedadlı jurnalistimiz, həmkar dostumuz Elbrus Ərudun atası haqqın rəhmətinə qovuşdu. Dəfn mərasimində havanın şaxtalı olduğunu hiss etmədik. Elbrusun atası haqqında əfsanəyə çevrilə biləcək söhbətləri, həyatının ən ağır kədərini özünəməxsusluğuna bürüyərək hərəmizdə bir az-bir az əritməsi, başımızda suya, ayağımız altında palçığa çevrilən qarı yoxa çıxarmışdı.

Dəfndən qayıtmışdıq, geriyə - evimizə qayıtmaq istəmirdik. Elbrus azərbaycanlı yas məclisinin əndazəsini elə gözəl aşmışdı ki, tufan gəlsə belə, bizə təsir etməyəcəyi mollanın susqunluğundan aydın olurdu.

Görünməmiş hadisə: oğul atası barədə tam çılpaq danışır və atanın yasında. O çılpaqlığın özü ağappaq dona bürünsə də, heç nəyini gizlətməmişdi. Gizlədəcəyi də yox idi.

Ramiz kişi müəllim olub. Müəllimin nəyi varsa şagirdlərinin əməlindən tökülür, nəyi necə və niyə gizlədəsən...

Ata xəstəlikdən ölüb, oğul deyir nisgildən öldü. Ziyarətinə müəllimlər də gəlib, şagirdlər də. Nə olsun, can vermək istəməyən məhz pedaqoq o qədər sayda insan yetişdirib ki, onların hamısının yolunu gözləyirmiş. Gör necə sevirmiş, sevildiyinə gör necə inanırmış.

Vəfat etmiş atasının yas məclisində onu bu qədər pak təqdim etmək nümunədir, müvəqqəti ayrılanda bu möcüzəvi gerçəyi Elbrusa dedim. Sən o kişini belə təmiz, qar kimi bəyaz şəkildə anlatmaqla elə nəcib yaşamağa sövq edirsən bizi. Mollaya da dedim: yaslarda ölən adamın övladını yanında otuzdur, o valideynindən danışsın, sən o mətləbləri dinimizlə əlaqələndir. Qoy bir nəfərin ölümü yüz nəfərin əsl insan kimi yaşamasına vəsilə olsun.

Atan mübarək adam olub, Elbrus. Onun yas mərasimində nəcib yaşamaq nümunəsini xəfifcə anlatdın bizə.  Sənə vəsiyyəti var, nə olduğunu yazmıram. O vəsiyyətin özü həyatın cövhəridir. Ramiz kişi nə şəhiddir, nə dövlət qurucusu, nə millət lideri. Kəndçi müəllim babadır. Beləsinin qəlblərdə əbədi yaşaması, beləsinin gələcəyə möhtəşəm ənənə qoyması hətta mümkünsüzdür. Sən müəllim babanın vəsiyyətini yerinə yetirməklə bu mümkünsüzün üstündən xətt çəkmiş olacaqsan.

Bu gün bir kişi tapdıq. Bu gün sularını don vuranlara, sayğacları hava şəraitindən nasaz vəziyyətə düşənlərə, xətti qəzalı olanlara şad xəbər verim. Çiçəklər təkcə yazda açmırmış, həm də yasda açırmış.

Sənin atanın vəsiyyəti çiçək açacaq, Elbrus. O çiçək nə qar tanıyacaq, nə də normaları aşan istilik. Həmişə açacaq. Bircə şərtlə, biz də kişinin vəsiyyətini doğmamızın vəsiyyəti kimi bağrımıza basaraq, ona yol açaq.

Çiçəklər təkcə yazda açmırmış, həm də yasda açırmış, Elbrus!

Ceyhun Musaoğlu

Elbrus Ərudun atası barədə yazılarını bu linklərdən oxuya bilərsiniz:

https://qafqazinfo.az/news/detail/atamin-elinde-bakal-da-gormusem-quran-da

https://qafqazinfo.az/news/detail/subay-qadina-ehtiyacdan-ana-deyirem

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 22 Fevral 2025 22:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see304

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see294

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see285

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see277

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see261

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see259

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see243

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see236

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see225

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see207

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see197

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see195

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see191

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see189

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see185

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see175

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see171

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see170

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see165

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri