Icma.az
close
up
RU
Menu

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

Bakıda 28 istiqamətdə sıxlıq var

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

57 yaşlı Cennifer Lopez belə formada qalır

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

Arılar qışda hara gedirlər?

Arılar qışda hara gedirlər?

Icma.az, Lent az portalına istinadən məlumat yayır.

Arılar və eşşəkarıları qış fəslini müxtəlif cür keçirir və bu, onların növündən və sosial quruluşundan asılıdır. Bu həşəratlar ekosistem üçün mühüm rol oynayır: bitkilərin tozlanmasında iştirak edir, bağ zərərvericiləri ilə qidalanırlar. Lakin hava soyuduqca bir çox insan onların hara getdikləri ilə maraqlanır.

Lent.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, həşəratların qışı necə keçirməsi onların koloniyada və ya tək yaşamasından asılıdır.

Şimali Karolina Dövlət Universitetinin zərərvericilərlə mübarizə kafedrasının dosenti, entomoloq Chris Gaze bildirir ki, arılar və eşşəkarıları ya koloniyada, ya da tək-tənha şəkildə, sürfə və ya yetkin mərhələdə qışlaya bilirlər.

Alimlərin təsnifatına görə, bu həşəratlar iki əsas qrupa bölünür: ana arısı olan koloniyalarda yaşayan sosial növlər və tək yaşayan arılar və eşşəkarıları. Sosial növlərə bal arıları, bombuslar (iri tüklü arılar), sarı arılar, kağız eşşəkarıları və şirşirələr daxildir. Tək yaşayan növlər sırasında isə dülgər arıları, mason arıları, krabronidlər və torpaq eşşəkarıları yer alır.

Sosial arı növlərində koloniya adətən bir neçə güclü şaxtadan sonra məhv olur. İstisna yalnız yeni mayalanmış ana arıdır. O, qışlamaq üçün isti və qorunan yer tapır, yazda isə yenidən ortaya çıxaraq sıfırdan yeni koloniya yaradır.

Bal arıları soyuqdan qorunmaq üçün bədənlərini titrədir və qanadlarını hərəkətə gətirən əzələləri yığaraq istilik yaradırlar. Onlar daima yerlərini dəyişir, topanın kənarındakı arılar içəri keçərək uzun müddət soyuqda qalmamağa çalışırlar.

Bombus arılarında da oxşar vəziyyət müşahidə olunur. Onların koloniyası payızın sonlarında məhv olur, yalnız mayalanmış ana arı sağ qalır. O, qışı tökülmüş yarpaqlar arasında, torpaqda, çat və yarıqlarda keçirir.

Tək yaşayan arılar isə növündən asılı olaraq qışı sürfə və ya yetkin mərhələdə təkbaşına keçirir. Məsələn, dişi dülgər arısı yuvasını nektar və tozcuqla təmin edir, yumurta qoyur. Yetkin arılar boşluqlarda və yuva dəliklərində qışlayır, yazda isə yenidən aktivləşir.

Eşşəkarılar da oxşar həyat dövrünə malikdir. Sosial eşşəkarıları, xüsusilə sarı eşşəkarıları, adətən soyuqlar düşən kimi məhv olur, mayalanmış ana isə ağac qabıqlarının altında, kötüklərdə və hətta çardaqlarda qışlayır. Tək yaşayan eşşəkarıları isə torpaq altındakı yuvalarda və ya bitki boşluqlarında sürfə mərhələsində qalır.

Bununla belə, son illərdə istisna hallar da müşahidə olunur. Alimlər çoxillik sarı eşşəkarı koloniyalarının aşkarlandığını bildirirlər. Klemson Universitetinin fəxri professoru, entomoloq Eric Benson qeyd edib ki, bəzi cənub sarı eşşəkarıları qışı iri, çoxillik yuvalarda keçirə bilir. Onun sözlərinə görə, belə yuvalarda 250 minə yaxın işçi fərd və 100-dən çox ana arı müşahidə olunub.

Qışda bu həşəratlar adətən aktiv olmur. Lakin isti qış günlərində tək-tük fərdlərə rast gəlmək mümkündür. Məsələn, bəzi ana eşşəkarıları evlərin çardaqlarında qışlaya bilər və bəzən qışın ortasında ev daxilində görünə bilər.

Mütəxəssislər bağ sahiblərinə bu faydalı həşəratlara kömək etməyi tövsiyə edirlər. Bunun üçün həyətin bir hissəsini yazadək təbii vəziyyətdə saxlamaq, tökülmüş yarpaqları dərhal təmizləməmək məsləhət görülür. Yarpaqlar torpaq altında qışlayan növlər üçün həm sığınacaq, həm də istilik izolyasiyası rolunu oynayır. Yazda isə bağ təmizliyini bir qədər gecikdirmək bu həşəratların təhlükəsiz şəkildə oyanmasına imkan yaradır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:214
embedMənbə:https://lent.az
archiveBu xəbər 26 Dekabr 2025 10:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see324

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see316

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see310

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see309

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see286

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see272

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see269

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see266

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see260

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see259

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see256

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see253

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see244

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see241

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see235

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see230

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see229

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see219

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see209

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri