“Arıqlama iynələri vurmağın heç bir riski yoxdur” Video
Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Diyetoloqlar deyir ki, göbəkdən vurulan arıqlama iynələrini vursanız, onkoloji xəstə olacaqsınız. Mən hətta onkoloji xəstələrə də kök olanda bu iynələrdən vururam. Onların onkologiya ilə heç bir əlaqəsi yoxdur”.
“Qafqazinfo” xəbər verir ki, bunu onkoloq Anar Məmmədov “Astar TV” yutub kanalına müsahibəsində deyib.
Həkim həmin iynələrin möcüzəvi tərkibə malik olduğunu, bədəndəki insulin dirəncini qırdığını bildirib: “Diyetoloqların dediyi “yarım xiyar, yarım avakado ilə arıqlayaraq” daha böyük risk daşıyır. Bunları vurmağın isə heç bir riski yoxdur.
Kim məndən o dərmanları soruşursa, həm sağlam adamlara, həm də onkoloji xəstələrə deyirəm ki, vursunlar. O iynələr möcüzədir. Onların tərkibi semaqlutiddir, bədəndə olan insulin dirəncini qırır və insanı çox yaxşı arıqladır”.
A.Məmmədov bəzən bu iynələrdən istifadə edən şəxslərin komaya düşməsi ilə bağlı deyilənlərə də münasibət bildirib: “Onlar düzgün istifadə etmirlər. Normalda bu iynələr 0,25-lə başlanılır, sonra 0,5, 0,75 və sair, hər 4 həftədən bir artırılır. Bir də var ki, bir adam istəyir sürətlə arıqlasın. Birdən-birə ən yüksək doza ilə - 15-lə başlayır. Axı bu zaman mədəaltı vəzi zərər görür. Hər şey belədir, yüksək doza ilə başlasanız, zərər görərsiniz.
Rahat-rahat kim istəsə, arıqlama iynəsi vura bilər. Adamlar var ki, onkoloji xəstəliyi olub, müalicə olunub, sonra sürətlə kökəlir. Mən ona məsləhət görürəm ki, həmin iynədən vurdursun. Çünki dünyanın bəlası artıq çəkidir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 23 Fevral 2026 13:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















