Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Arıqlamağa qoymayan hormonal problemdən xilas üçün BEŞ MƏHSUL

Arıqlamağa qoymayan hormonal problemdən xilas üçün BEŞ MƏHSUL

News24 portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Soyuq mövsümlərdə orqanizm xüsusi qayğıya ehtiyac duyur. Bəziləri qışda əhval-ruhiyyələrinin düşdüyünü və çəkilərinin artdığını müşahidə edir. Ancaq belə hal təkcə günəş və hərəkət çatışmazlığı ilə bağlı deyil.

News24.az-ın "İzvestiya"ya istinadla verdiyi məlumata görə, bu barədə rusiyalı endokrinoloq Yekaterina Kazaçkova danışıb.

Onun sözlərinə görə, hormonal fona birbaşa təsir göstərən qidalanma mühüm rol oynayır.

"Biz tez-tez hormonal pozğunluqların mövsümi kəskinləşməsi ilə qarşılaşırıq. Xəstələr yorğunluqdan, əhval-ruhiyyə dəyişkənliyindən və çəkiyə nəzarət çətinliyindən şikayət edirlər. Amma düzgün qidalanma vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Axı elə qidalar var ki, onlar təkcə dadlı deyil, həm də endokrin sistemə güclü təsir göstərir", - deyə Kazaçkova qeyd edib.

Mütəxəssis siyahısında birinci məhsulun yağlı balıq olduğunu bildirib.

"Qızılbalıq, skumbriya, sardina omega-3 yağ turşuları ilə zəngindir. Onlar hormonların istehsalını tənzimləməyə kömək edir, orqanizmdə iltihabı azaldır və qalxanvari vəzin sağlamlığını qoruyur".

Həkimin sözlərinə görə, müsbət dəyişiklikləri görmək üçün həftədə iki-üç dəfə balıq yeməyi menyuya daxil etmək kifayətdir.

"İkinci məhsul avokadodur. Bu meyvə hormonların sintezi üçün lazım olan sağlam yağlarla zəngindir. Bundan əlavə, avokado reproduktiv sistemi dəstəkləyən "E" vitamini ilə zəngindir. Gündə yarım avokado səhər yeməyinə və ya salata əla əlavə ola bilər", - deyə Kazaçkova əlavə edib.

Mütəxəssis üçüncü məhsul kimi turşu kələmi qeyd edib.

"Fermentləşdirilmiş məhsullar faydalı xüsusiyyətləri ilə tanınır. Kələm turşusunun hormonal fona təsiri çox vaxt lazımınca qiymətləndirilmir. Məsələ ondadır ki, fermentasiya prosesində kələmdə qalxanvari vəzin işinə müsbət təsir göstərə bilən xüsusi maddələr əmələ gəlir. Bu, xüsusilə sağlam çəki atmağa çalışanlar üçün vacibdir. Kələm turşusu bağırsaqlarımızın sağlamlığını qoruyan faydalı bakteriyalar - probiotiklərlə zəngindir. Sağlam bağırsaq isə qida maddələrinin düzgün mənimsənilməsi və bəzi hormonların istehsalı üçün açardır", - deyə həkim izah edib.

Onun sözlərinə görə, turşu kələm, həmçinin "C" vitamini və liflərlə zəngindir. "C" vitamini orqanizmə streslə daha yaxşı mübarizə aparmağa, liflər isə karbohidratların yavaş mənimsənilməsinə kömək edir ki, bu da qanda şəkərin kəskin artmasının qarşısını alır.

"Dördüncü məhsul sarıkökdür. Bu ədviyyat güclü iltihabəleyhinə xüsusiyyətlərə malikdir və stres hormonu olan kortizolun səviyyəsini tənzimləməyə kömək edir".

Endokrinoloq sarıkökü şorbalara, smuzilərə və ya yatmazdan əvvəl isti südə əlavə etməyi məsləhət görüb.

"Nəhayət, beşinci məhsul qozdur. Onlar böyrəküstü vəzilərin düzgün işləməsi üçün lazım olan maqneziumla zəngindir. Bu vəzilər kortizol və adrenalinin istehsalına cavabdehdir. Gündə bir ovuc qoz əla qəlyanaltı və hormonal sistem üçün dəstək ola bilər", - deyə Kazaçkova bildirib.

Mütəxəssis vurğulayıb ki, tək bu məhsulların qida rasionuna daxil etmək hormon problemlərinin tam həllini təmin etmir.

"Hər orqanizm unikaldır və birinə uyğun gələn digərinə uyğun gəlməyə bilər. Düzgün qidalanma endokrin sistemin sağlamlığını qorumaq üçün kompleks strategiyanın yalnız bir hissəsidir. Müntəzəm fiziki aktivlik, tam yuxu və stresin idarə edilməsi də eyni dərəcədə vacibdir. Lakin kiçik addımlarla başlamaq həmişə yaxşı fikirdir. Bu məhsulları tədricən qida rasionunuza daxil etməyə çalışın və dəyişiklikləri izləyin. Unutmayın ki, qida rasionunda kəskin dəyişikliklər orqanizm üçün stres yarada bilər. Buna görə də, biz dəyişiklikləri tədricən, bədəninizi dinləyərək etməyi tövsiyə edirik", - deyə Kazaçkova sözlərini yekunlaşdırıb.\\oxu.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:259
embedMənbə:https://news24.az
archiveBu xəbər 10 Yanvar 2025 23:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see401

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see346

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see331

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see330

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see312

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see306

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see302

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see259

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see246

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see242

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see237

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see231

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see225

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see219

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see210

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see206

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see201

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see201

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see181

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri