Icma.az
close
up
RU
“Arkoz”dan daha bir nümunəvi addım Şəhid ailəsinin müraciəti cavabsız qalmadı FOTOLAR Yeni Çağ Media

“Arkoz”dan daha bir nümunəvi addım Şəhid ailəsinin müraciəti cavabsız qalmadı FOTOLAR Yeni Çağ Media

Yenicag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Arkoz Sement Zavodu” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycanın qərb bölgəsində şəhid ailələri üçün inşa etdiyi daha bir evin açılışı olub.

Yenicag.az xəbər verir ki, 44 günlük Vətən Müharibəsində qəhərəmancasına şəhid olan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Xüsusi Təyinatlı Dəstəsinin giziri Sərxan Abdullayevin ailəsi üçün Ağstafa rayonunun Dağ Kəsəmən kəndində tikilən evin açılış mərasimində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Milli Məclisin deputatları Səməd Seyidov, Ülviyyə Ağayeva, “Arkoz Qazax Sement Zavodu” MMC-nin rəhbərliyindən Mücahit Uçar, şəhidin ailə üzvləri və yaxınları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə şəhidin döyüş yolundan, Vətən Müharibəsindəki qəhrəmanlığından söhbət açılıb. Bildirilib ki, şəhid Abdullayev Sərxan Elxan oğlu ölümündən sonra “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib. Onun ailəsinin “Arkoz Qazax Sement Zavodu” MMC-yə müraciəti cavabsız qalmayıb, qısa müddət ərzində onlar üçün müasir tələblərə cavab verən ev tikilib və yeni mebel avadanlıqları ilə təchiz edilib. Bu ev noyabrın 2-si doğum günü olan qəhrəman şəhidimizin ailəsinə edilən ən gözəl hədiyyədir.

Qeyd olunub ki, fəaliyyətə başladığı ilk gündən tikinti sektorunda fərqlənməyi qarşıya məqsəd qoyan Arkoz Qazax Sement Zavodu Azərbaycanın iri sement istehsalçılarından biridir. Müəssisə illərdir ki, böyük layihələrə imza atmaqda davam edir.

Zavod fəaliyyəti dövründə xeyirxah əməlləri ilə hər zaman seçilib, rayonda görülən işlərə öz töhfəsini verib. “Arkoz” fəaliyyət göstərdiyi Qazax rayonunun Daş Salahlı kəndində çoxsaylı sosial layihələr icra edib. Zavod tərəfindən 2017-ci ildə Daş Salahlı kənd 2 saylı Uşaq bağçası və 3 saylı Körpələr evi-uşaq bağçası əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib.

Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, iştirakçılarına, onların ailələrinə göstərdikləri qayğı Qazax rayonunda da hər zaman örnək götürülür. Rayon rəhbərliyi tez-tez şəhid ailələrini, qazilərimizi ziyarət edir, onların qayğıları ilə maraqlanır.

Tədbirdə “Arkoz Qazax Sement Zavodu” MMC-nin şəhid ailələrinə, qazilərə göstərdiyi diqqətdən ətraflı bəhs edilib.

Vurğulanıb ki, “Arkoz” şirkəti dövlətimizin şəhid ailələrinə göstərdiyi qayğını hər zaman öz fəaliyyətində örnək götürür. Xeyirxah əməllərini davam etdirərək öz ənənəsinə sadiq qalan zavod rəhbərliyi şəhid ailələrinə, qazilərimizə daim qayğı göstərir, onların sosial problemlərinin həlli istiqamətində nümunəvi addımlar atır. Bu qayğının nəticəsidir ki, bu gün zavodda xeyli sayda şəhid ailələrinin üzvləri çalışır.

Məlumat verilib ki, zavod tərəfindən Daş Salahlı kəndində yerləşən Şəhidlər Xiyabanına gedən yola yeni asfalt örtük salınıb, Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, eləcə də “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuş Qazax rayonunun Qazaxbəyli kənd sakini, 3-cü dərəcəli Vətən Müharibəsi əlili Rəhimov Fəqan Fazil oğlunun yaşadığı ev əsaslı şəkildə yenidən qurulub.

Bundan başqa, 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə ucalmış Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında Xüsusi Vasitələrin Tətbiqi Dəstəsində gizir kimi xidmət etmiş, ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunmuş gizir Əhmədov Elvin Qələndər oğlunun evi də əsaslı şəkildə təmir edilib.

Sonra yeni evin açılışını bildirən lent kəsilib, qonaqlar şəhidin ailəsi üçün yaradılan şəraitlə tanış olublar.

www.yenicag.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 05 Noyabr 2024 09:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see264

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see245

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see236

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see234

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see233

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see219

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see211

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see193

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see184

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see184

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see181

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see167

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see159

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see156

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see145

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri