Icma.az
close
up
RU
Arktik buzlaqları mikrobların təsiri ilə daha sürətlə əryir

Arktik buzlaqları mikrobların təsiri ilə daha sürətlə əryir

Qaynarinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Svalbard adalarında çalışan alimlər, qlobal istiləşmənin təhdid etdiyi həssas buzlqlar ekosistemlərini araşdırmaq üçün zamanla yarışır. Arktik bölgəsi artıq Paris Sazişində nəzərdə tutulan 1,5 dərəcə istiləşmə həddini keçib və Svalbard, dünya orta göstəricisindən yeddi dəfə daha sürətlə isinən ərazilərdən biridir.

Qaynarinfo xəbər verir ki, bölgədə çalışan Dr. Arvin Edvards rekord isti yay günündə iş yerinin ərimiş buz suları və uçan qayalarla dolduğunu, mənzərənin sanki yanan bir şəhəri xatırlatdığını deyir. Onun araşdırmaları göstərir ki, qar və buzda yaşayan mikroblar əriməni sürətləndirən müsbət geri əlaqə dövründə mühüm rol oynayır. Bu mikroblar səthdəki rəngi tündləşdirərək daha çox günəş işığının udulmasına səbəb olur, nəticədə temperatur artır, ərimə güclənir və mikroblar üçün əlavə qida mənbələri açılır.

Keçmişdə Arktik qarının və buzunun böyük ölçüdə cansız olduğu düşünülürdü. Lakin Longyearbreen buzlağında aparılan qazıntılar hər qar dənəsinin yüzlərlə, hətta minlərlə mikrob və onlardan qat-qat çox virus ehtiva etdiyini ortaya çıxardı. Bu mürəkkəb ekosistem təkcə elmi baxımdan deyil, həm də tibbi, sənaye və tullantıların idarə olunması sahələrində potensial biotexnoloji imkanlara malikdir.

Tədqiqatlara görə, hər yay Qrenlandiya buz örtüyünün cənub-qərbində 100 min kvadrat kilometrdən çox sahədə mikroblar səbəbindən qararmış bölgə yaranır. 2020-ci il məlumatlarına əsasən, həmin mikroblar 4,4–6,0 gigaton ərimiş suyun yaranmasında məsuldur ki, bu da potensial olaraq dəniz səviyyəsini 7 metrdən çox qaldıra biləcək buz kütləsinin tam əriməsinin 13%-inə bərabərdir.

Avropa Alpləri, Himalay dağları və Orta Asiya da daxil olmaqla, dünya üzrə ən azı 2 milyard insan içməli su, kənd təsərrüfatı və hidroenerji üçün buzlaq sularından asılıdır. Alimlərin proqnozlarına görə, hətta Paris hədəflərinə çatmaq mümkün olsa belə, bu əsrin sonuna qədər bu buzlaqların yarısı yox olacaq.

Svalbardın mərkəzindəki Foxfonna buzlağında aparılan müşahidələr göstərib ki, buzlaq ötən yayla müqayisədə 4 metr aşağı səviyyədədir və 2011-ci ildən bəri əhəmiyyətli dərəcədə kiçilib. Dr. Edvards bu vəziyyəti "son mərhələdə olan buzlaq” kimi xarakterizə edərək, "Bu, artıq yalnız palyativ tədbirlərlə qorunan bir prosesdir, amma heç kim buna əhəmiyyət vermir” deyir.

O, Arktikaya səfərlərini, damensiya xəstəliyindən əziyyət çəkən atasını hər dəfə bir az daha zəiflədiyini görərək ziyarət etməyə bənzədir: "Bu, addım-addım irəliləyən bir prosesdir. Gündən-günə azalma hiss olunmur".

Aydın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:117
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 15 Avqust 2025 23:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see333

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see325

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see320

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see292

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see284

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see246

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see243

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see230

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see226

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see223

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see220

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see214

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see210

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see200

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see199

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see197

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see197

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see186

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri