Arman Abovyan: “Hüquqi baxımdan bu, açıq banditizmdir” KONKRET
Icma.az bildirir, Konkret.az portalına istinadən.
Ermənistanın keçmiş deputatı, “Çiçəklənən Ermənistan” Partiyasının üzvü Arman Abovyan partiyanın lideri Qaqik Çarukyanın biznes strukturlarına qarşı aparılan istintaqı siyasi motivli təqib adlandırıb.
KONKRET.az xəbər verir ki, Abovyan bu barədə Aravot.am-a açıqlamasında danışıb.
O, “Multi Group” konserninin sabiq baş direktoru Sedrak Arustamyanın və hazırkı direktoru Artur Dallakyanın həbsini sərt tənqid edib.
“Bu, qeyri-legitim hakimiyyətin antikonstitusion və antidövlət addımlarıdır. Çarukyana qarşı siyasi təqiblər artıq bütün sərhədləri aşıb. İndi onun biznes strukturlarının rəhbərlərini həbs etməklə bu prosesi davam etdirirlər. Hüquqi baxımdan isə bu, açıq banditizmdir”, – deyə Abovyan bildirib.
Onun sözlərinə görə, Qaqik Çarukyana qarşı başladılan proses tamamilə siyasi xarakter daşıyır və burada hər hansı iqtisadi qanun pozuntusundan söhbət gedə bilməz.
Abovyan iddia edib ki, Çarukyanın bütün müəssisələrində vergi orqanlarının əməkdaşları daimi yoxlamalar aparıblar və yalnız bundan sonra müəssisələrdə guya pozuntular aşkar edildiyi bəhanəsi ilə həbslərə başlanılıb.
Keçmiş deputat əlavə edib ki, bu proses həm də “Çiçəklənən Ermənistan” Partiyasının seçkilərdə əldə etdiyi 60 min səsin “oğurlanmasının” davamı kimi qiymətləndirilməlidir.
Natiq Səlim,
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 06 Avqust 2026 10:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















