Camal “Eurovision” qalibi ilə eyni səhnədə FOTO
Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.
Müğənni Camal Qasımov noyabrın 14-də Tailandın paytaxtı Banqkokda keçiriləcək ilk “Eurovision Song Contest Asia” müsabiqəsinin açılış proqramında 2026-cı ilin Eurovision qalibi, bolqarıstanlı müğənni DARA ilə birgə eyni səhnəni bölüşəcək.
Moderator.az xəbər verir ki, bu barədə “Bangkok Post” nəşri məlumat yayıb.
Bildirilir ki, tədbirin xüsusi qonaqları sırasında Tailandın məşhur pop ulduzu Jeff Satur da olacaq. DARA isə ona qələbə qazandıran “Bangaranga” mahnısının xüsusi versiyasını təqdim edəcək.
Qeyd edək ki, Camal Qasımov beynəlxalq ZOOP platformasında təşkil olunan müsabiqənin açılış proqramında iştirak etmək fürsətini münsiflər heyətinin seçimi ilə qazanıb. “Sanremo Junior 2025” beynəlxalq mahnı müsabiqəsində üçüncü yerə layiq görülən sənətçinin bu dəvəti Azərbaycan musiqisinin beynəlxalq səhnədə təmsil olunması baxımından diqqətəlayiq hadisədir.
Onu da bildirək ki, Azərbaycan “Eurovision Song Contest Asia”nın 11 iştirakçı ölkəsi arasında yer almasa da, Camalın açılış proqramına dəvət edilməsi ölkəmizdən olan ifaçıya göstərilən beynəlxalq diqqətin göstəricisidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 11 Noyabr 2026 12:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















