Arman hara qədər dırmanacaq? açıq havada 6,31, qapalı məkanda 6,25 metr!
Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Şüvüllə tullanma üzrə ikiqat olimpiya və üçqat dünya çempionu Arman Düplantis Polşada qapalı məkanda keçirilən dünya çempionatında növbəti möhtəşəm uğura imza atıb.
İsveçli atlet 6,25 metr hündürlüyü dəf edərək həm qızıl medal qazanıb, həm də qapalı məkanlar üçün yeni dünya rekordu müəyyənləşdirib. 2-ci yeri yunanıstanlı Emmanuil Karalis (6,05 metr), 3-cü yeri avstraliyalı Kertis Marşall (6,00 metr) tutub.
Bu, Arman Düplantisin karyerası ərzində müəyyənləşdirdiyi ilk rekord deyil. O, bir müddət əvvəl mövsümöncəsi keçirilən “Mondo Classic - 2026” turnirində 6,31 metr hündürlüyə tullanaraq karyerasında 15-ci dəfə dünya rekordunu yeniləmişdi. Hazırda 26 yaşlı atletin əsas hədəfi özünə məxsus olan bu tarixi nəticələri daha da yaxşılaşdırmaqdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:216
Bu xəbər 23 Mart 2026 15:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















