Icma.az
close
up
RU
Qadın zorakılığına son: hər saatda 5 qadın öldürülür HESABAT

Qadın zorakılığına son: hər saatda 5 qadın öldürülür HESABAT

Icma.az, Ses qazeti portalına istinadən məlumat verir.

BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi (UNODC) və BMT Qadınlar Təşkilatının yeni hesabatlarına əsasən, ötən il dünyada təxminən 47 min qadın və qız intim partnyoru və ya ailə üzvü tərəfindən qəsdən öldürülüb. Bu, orta hesabla hər saat beş qadının, yaxud gündə 129 qadının öldürülməsi deməkdir.

Noyabrın 24-də dərc olunan 2026-cı il Femisid Hesabatında bildirilir ki, ev qadınlar və qızlar üçün ən təhlükəli məkan olaraq qalır. BMT Qadınlar Təşkilatının bəyanatında qeyd olunur ki, bu vəziyyət illərdir demək olar ki, dəyişməyib.

Ötən il dünyada qeydə alınan 78 min femisid hadisəsinin təxminən 60 faizi intim partnyor və ya ailə üzvü tərəfindən törədilib. 2024-cü il üçün hesablanmış 50 min qurban sayı ilə müqayisədə azalma müşahidə olunsa da, BMT bildirir ki, bu dəyişiklik əsasən məlumatların toplanması və hesablanmasının təkmilləşdirilməsi ilə bağlıdır və zorakılığın həqiqətən azaldığını göstərmir.

Femisid hadisələri dünyanın bütün bölgələrində baş verib. Ən yüksək göstərici Afrikada qeydə alınıb. Burada hər 100 min qadın əhalisinə 2,9 qurban düşür. Sonrakı yerlərdə Amerika qitəsi (1,4), Okeaniya (1,1), Asiya (0,6) və Avropa (0,5) qərarlaşıb.

UNODC-nin icraçı direktoru Monika Juma bəyanatında bildirib: “Uzun illərdir ki, həyəcan doğuran statistik göstəricilərlə qarşılaşırıq. Qorxulu münasibətlər, sosial normalar və institusional müdafiə mexanizmlərinin işləməməsi elə bir mühit yaradır ki, həyat yoldaşının, qızının, anasının və ya bacısının öldürülməsi ‘qəbul edilə bilən’ hala gəlir”.

Juma cəmiyyətin bütün səviyyələrində tədbirlər görülməsinə çağırıb. O, zərərli münasibətləri və sosial davranışları dəyişdirməyə yönəlmiş strategiyaların hazırlanmasının, məişət zorakılığı törədən şəxslərlə işləmək və qadınları qorumaq üçün xüsusi proqramlara investisiya qoyulmasının vacibliyini vurğulayıb.

BMT Qadınlar Təşkilatının bildirdiyinə görə, femisid nadir hallarda təcrid olunmuş hadisə olur. Əksinə, bu, çox vaxt uzun müddət davam edən zorakılıq, təhdid və təhqirlərin son mərhələsidir. Bununla belə, qadınların və qızların əksəriyyəti yardım üçün müraciət etmir və ya lazımi müdafiədən məhrum qalır.

BMT Qadınlar Təşkilatının icraçı direktoru Sima Bahous bildirib ki, qadınların zorakılıq barədə təhlükəsiz şəkildə məlumat verə bilməsi, müdafiəyə çıxışı və vaxtında dəstək alması təmin edilməlidir. Onun sözlərinə görə, xəbərdarlıq əlamətləri barədə məlumat verilmədikdə, hadisələr lazımi qaydada araşdırılmadıqda və zorakılıq törədənlər məsuliyyətə cəlb edilmədikdə nəticələr ölümcül ola bilər.

BMT-nin məlumatına görə, dünyada qətl hadisələrinin ümumi sayı azalsa da, femisid göstəriciləri daha yavaş templə aşağı düşür. 2010-cu ildən ötən ilədək Amerika qitəsində qətl hadisələrinin göstəricisi femisid göstəricisindən təxminən iki dəfə, Avropada isə 1,5 dəfə sürətlə azalıb.

Zorakılığa məruz qalan qadınların yalnız 7 faizi polisə müraciət edir

BMT Qadınlar Təşkilatının 54 ölkəni əhatə edən “Zorakılığa məruz qalmış qadınların ədalətə çıxışı” adlı yeni məlumat bülleteninə əsasən, fiziki və ya cinsi zorakılığa məruz qalmış qadınların yalnız 23 faizi ailə üzvlərindən, cəmiyyətdən və ya səlahiyyətli qurumlardan hər hansı yardım istəyir. Polisə müraciət edənlərin payı isə cəmi 7 faizdir.

Dünya üzrə 840 milyon qadın və qız, yəni təxminən hər üç nəfərdən biri həyatı boyu fiziki və ya cinsi zorakılığa məruz qalıb. Buna baxmayaraq, qadınların zorakılıq barədə məlumat verməsi çox vaxt ədalətin təmin olunmasına gətirib çıxarmır. Hesabatda bildirilir ki, cinsi zorakılıq məhkəmədə ittiham hökmü ilə nəticələnmə ehtimalı ən aşağı olan cinayətlər sırasındadır.

BMT Qadınlar Təşkilatının məlumatları zorakılıq barədə susmağın norma, məsuliyyətə cəlb edilmənin isə istisna olduğu bir sistemi üzə çıxarır. Bu sistemdə cinayət törədən şəxsin cəzasız qalmaq ehtimalı qadının ədalətə nail olmaq ehtimalından daha yüksəkdir.

Qadınların susmasının səbəbləri isə müxtəlifdir. Zorakılıq barədə məlumat verən qadınlar evlərini, övladlarını və gəlirlərini itirə, ailələri tərəfindən tərk edilə, yaşadıqları cəmiyyətlərdən kənarlaşdırıla və zorakılıq törədən şəxslər tərəfindən təhdid oluna bilərlər.

Bəzi qadınlar hadisədən illər sonra zorakılıq barədə danışdıqda belə, buna görə cəzalandırılır və niyə daha əvvəl müraciət etmədikləri ilə bağlı günahlandırılırlar. Bəziləri isə yardım istədiklərinə görə zorakılıq törədən şəxslər tərəfindən öldürülürlər.

BMT Qadınlar Təşkilatının məlumatlarına görə, zorakılıqdan zərər çəkmiş qadınların yardım üçün müraciət etmə səviyyəsi bu göstəricini uzun müddət izləyən ölkələrin əksəriyyətində azalır. Asiyada qadınların yalnız 16 faizi yardım üçün müraciət edir. Afrikada bu göstərici 31 faiz, Latın Amerikası və Karib hövzəsində isə 40 faizdir.

Avropa İttifaqına üzv ölkələrdə zərərçəkən qadınların 64 faizi başlarına gələnləri yaxınlarından biri ilə bölüşsə də, yalnız 14 faizi polisə müraciət edir. Hesabatda istinad edilən araşdırmalara görə, dünyada qeydə alınan zorakılıq hallarının 63–97 faizi məhkumluq hökmü ilə nəticələnmir. İşlər ədalət sistemindən kənarda qalır, zərərçəkənlər təkrar-təkrar sorğu-suala tutulur və təhdidlərlə üzləşirlər. Nəticədə zorakılıq törədən şəxslər məsuliyyətə cəlb olunmaya bilərlər.

BMT Qadınlar Təşkilatı bildirir ki, xüsusilə hakimiyyət və nüfuz sahibi olan şəxslərin törətdikləri cinayətlərə görə məhkum edilməməsi cəzasızlıq mühitini gücləndirir. Eyni vəziyyət internetdə də müşahidə olunur. İctimai həyatda iştirak edən və onlayn zorakılığa məruz qalan qadınların yalnız 25 faizi bu barədə polisə məlumat verir. Cinayət törədənləri cəzalandırmaq əvəzinə, qadınlar rəqəmsal məkanlardan uzaqlaşdırılır, susdurulur və ictimai həyatda sərbəst iştirak etmək hüququndan məhrum edilirlər.

Sima Bahous bildirib ki, qadınlara və qızlara qarşı zorakılığın daha geniş şəkildə tanınması, zərərçəkənləri qoruyan qanunların sayının artması və daha çox cinayətkarın həbs edilməsi müsbət dəyişikliklərdir.

“Qadınların bu gün malik olduqları müdafiə hüquqları danışmağa cəsarət edən nəsillərin mübarizəsi ilə əldə olunub. İndi biz onların cəsarətinə ədalətlə cavab verməliyik – hər bir qanunu təhlükəsizliyə, hər bir vədi müdafiəyə, hər bir sözü əmələ çevirməliyik. Hər bir qadın və qız zorakılıqdan, qorxudan azad yaşayana və inanılmağa layiq olduğunu sübut etmək məcburiyyətində qalmayana qədər mübarizəmiz davam etməlidir”, – deyə o qeyd edib.

Qadınlara qarşı zorakılığa son qoymaq üçün beynəlxalq çağırış

Noyabrın 25-də qeyd olunan Qadınlara qarşı zorakılığın aradan qaldırılması üzrə Beynəlxalq Mübarizə Günü bu il “Qadın və qızlara qarşı zorakılığa son qoymaq üçün birləşək: ədaləti təmin edək, zərərçəkənləri qoruyaq, cəzasızlığa son qoyaq” mövzusuna həsr olunub.

BMT Qadınlar Təşkilatı noyabrın 25-dən dekabrın 10-dək keçirilən Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq kampaniyası çərçivəsində tərəfdaşları dünyanı narıncı rəngə boyamağa çağırır. 35 ildir keçirilən kampaniya qadın təşkilatlarını, hökumətləri, BMT sistemini, medianı və zorakılıqdan zərər çəkmiş şəxsləri qadınlara qarşı zorakılığa son qoymaq üçün bir araya gətirir. BMT Qadınlar Təşkilatı bütün tərəfdaşları zərərçəkənlər üçün ədaləti təmin etmək və cəzasızlığa son qoymaq məqsədilə bu hərəkata qoşulmağa çağırır.

Lalə Mehralı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:109
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 25 Noyabr 2026 11:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see322

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see313

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see285

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see282

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see280

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see266

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see256

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see248

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see237

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see236

Azərbaycan fındığı Çin bazarına çıxarılır

23 Noyabr 2026 12:00see235

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see232

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see232

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see230

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see214

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see214

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see213

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see211

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see205

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri