Arsenal ın əfsanəsi Londona qayıdır
Fanat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Yayda baş məşqçi dəyişikliyi etmək planlarını götür-qoy edən "Çelsi" ispaniyalı məşqçi Sesk Fabreqasın namizədliyi üzərində düşünür.
Fanat.Az xəbər verir ki, informasiyanı "TEAMtalk" yayıb.
Mənbənin məlumatına görə, London klubu hazırda "Komo"nun baş məşqçisi olan Seski diqqətlə izləyir. "Çelsi" Fabreqasın komandasının topa sahibolma əsaslı oyun tərzini və gənc oyunçularla işini bəyənir.
"Çelsi"nin hazırki baş məşqçisi Liam Rosenior 2026-cı ilin yanvar ayında "zadəganlar"ın çalışdırıcısı təyin olunub və onunla 2032-ci ilə qədər uzunmüddətli müqavilə imzalanıb. Ancaq "Çelsi" 2026/27 mövsümündə Çempionlar Liqasına vəsiqə qazana bilməsə, məşqçi dəyişikliyi baş verə bilər.
Fabreqas karyerası ərzində "Arsenal"da ən çox oyun keçirən oyunçudur. Sesk 2024-cü ilin yayından bəri "Komo"ya başçılıq edir. "Komo" hazırda A Seriyasında Çempionlar Liqası zonasında - 4-cü yerdədir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:155
Bu xəbər 25 Mart 2026 15:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















