Arsenal ın futbolçusu Liverpul un müdafiəçisindən üzr istədi
Icma.az, sport24.az portalına istinadən məlumat yayır.
"Arsenal"ın vingeri Qabriel Martinelli Premyer Liqanın 21-ci turu çərçivəsində dünən keçirilən "Liverpul"la matçda (0:0) etdiyi hərəkətə görə rəqib komandanın müdafiəçisi Konor Bredlidən üzr istəyib. Sport24.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib:
"Konorla mesajlaşdıq. Ondan üzr istədim. Həmin an onun ciddi zədə aldığını anlamadım. Demək istəyirəm ki, reaksiyama görə çox təəssüflənirəm. Konora tezliklə sağalmasını arzulayıram".
Qeyd edək ki, insident dünən baş tutan görüşün əsas vaxtına əlavə olunmuş dəqiqələrdə baş verib. Bredli topu vurduqdan sonra yöndəmsiz şəkildə yerə yıxılıb. Martinelli onu meydandan kənarlaşdırmağa çalışıb. Bu hərəkətlər "Liverpul"un oyunçularını qəzəbləndirib və kiçik bir davaya səbəb olub. Bredli meydanı qoltuqağacı ilə tərk edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 09 Yanvar 2026 11:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















