Karrager Arsenal ın forvardına görə üzr istədi
Icma.az xəbər verir, Fanat saytına əsaslanaraq.
"Liverpul"un və İngiltərə millisinin sabiq müdafiəçisi, hazırda futbol eksperti qismində fəaliyyət göstərən Ceymi Karrager London "Arsenal"ının hücumçusu Ebereçi Ezedən danışıb.
Fanat.Az "Sky Sports"a istinadən xəbər verir ki, o, İngiltərə Premyer Liqasının 12-ci turunda "Tottenhem"ə qarşı keçirdikləri oyunda (4:1) het-triklə yadda qalan forvard barədə yayda səsləndirdiyi fikirlərə görə üzr istəyib:
"Düzü, yayda "Arsenal" Eze ilə müqavilə bağlayarkən düşündüm: "Hə, bəlkə də işə yarayar". Amma biz bu mövsüm onun yüksək performans sərgilədiyini görürük. Bir neçə möhtəşəm qol vurub, ardından isə het-triklə yadda qalıb. Qısası, üzr istəyirəm. Bu futbolçunun transferini layiqincə qiymətləndirməmişəm. Reallıq budur ki, Eze bu mövsüm "Arsenal"ın titul qazanmasında həlledici rol oynaya bilər".
Qeyd edək ki, cari mövsüm "topçular"ın forması ilə bütün turnirlərdə 16 matça çıxan Ebereçi 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 24 Noyabr 2025 15:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















