Arsenal ın lehinə verilən üçüncü yanlış qərar
Icma.az, Qol.az portalına istinadən məlumat yayır.
İngiltərə Premyer Liqasının xüsusi komissiyası "Brayton" - "Arsenal" matçındakı mübahisəli epizodla bağlı yekun qərarını açıqlayıb.
QOL.az xəbər verir ki, "BBC"nin yaydığı məlumata görə, Premyer Liqanın əsas oyun hadisələrini araşdıran komissiya həmin görüşdə "Brayton"un xeyrinə penalti təyin edilməli olduğu qənaətinə gəlib.
Qarşılaşmanın ilk hissəsinə əlavə olunmuş vaxtda Qabriel Martinellinin cərimə meydançası daxilində Mats Vifferə qarşı hərəkətinə baş hakim Kris Kavana davam qərarı versə də, mütəxəssislər bunun qayda pozuntusu olduğunu bildiriblər. Komissiya üzvləri VAR sisteminin bu epizodda yanlış qərar verdiyini və Martinellinin topa baxmadan rəqibə mane olduğunu vurğulayıblar.
Qeyd edək ki, martın 4-də keçirilən "Brayton" - "Arsenal" matçı qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Bu, cari mövsümdə "topçular"ın lehinə verilən artıq üçüncü oxşar səhv qərardır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 17 Mart 2026 21:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















