Yasamalda məktəbdə 7 ci sinif şagirdi intihar edib
Azpost portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakının Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbdə bədbəxt hadisə baş verib.
225 nömrəli tam orta ümumtəhsil məktəbinin VII sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) oktyabrın 28-də IV mərtəbənin pəncərəsindən yıxılıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, saat 10:30 radələrində orta məktəbin 7-ci sinif şagirdi 2014-cü il təvəllüdlü G.D.-nin intihar etdiyi məlum olub.
Araşdırma zamanı müəyyənləşib ki, G.D. anasının 2024-cü ildə ölümündən sonra psixoloji pozuntu yaşayıb və uzun müddət müalicə alıb. Onun atası da psixoloji pozuntusu ilə əlaqədar 2-ci qrup əlildir.
O da bəlli olub ki, G.D. xalasının himayəsində yaşayıb.
Baş Prokurorluq hadisə ilə bağlı məlumat yayıb.
Bildirilib ki, oktyabrın 28-də Bakı şəhəri, Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdinin məktəbin 4-cü mərtəbəsindən yıxılması və aldığı xəsarətlərdən ölməsi faktl ilə bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.
Post navigationPrevious: Gələn il Azərbaycanda Dini Liderlərin Zirvə Görüşü keçiriləcək
Next: 2027-ci ildə yaşayış minimumu 314 manat olacaq – Pensiyaçılar və uşaqlar üçün yeni məbləğlər
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 28 Oktyabr 2026 13:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















