Arsenal ın təcavüzdə ittiham olunan sabiq futbolçusu azadlığa buraxılıb
Icma.az, Azxeber.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İngiltərənin "Arsenal" klubunun keçmiş yarımmüdafiəçisi Tomas Parti Londonda məhkəmə qarşısına çıxıb.
5 təcavüz hadisəsində ittiham olunan 32 yaşlı futbolçu sentyabrın 2-də keçiriləcək növbəti iclasa qədər girov müqabilində azadlığa buraxılıb.
Partidən hər hansı bir ittihamla bağlı izahat verməsi istənilməyib. Qanalı oyunçu iki qadınla bağlı beş zorlamada, həmçinin daha bir qadına qarşı cinsi zorakılıqda ittiham olunur. Bütün cinayətlər 2021-ci ilin aprelindən 2022-ci ilin iyununadək olan dövrdə baş verib.
Qeyd edək ki, T.Parti 2020-ci ildə İspaniyanın "Atletiko" klubundan "Arsenal"a 50 milyon avro qarşılığında transfer olunmuşdu. Yarımmüdafiəçi komandada 167 matçda meydana çıxıb. Onun müddəti bu yay başa çatan müqaviləsi uzadılmayıb.
///Report
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 05 Avqust 2025 19:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















