Arsenalın futbolçusu zədəyə görə Çempionlar Liqasında oynamayacaq
Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İngiltərənin "Arsenal" klubunun yarımmüdafiəçisi Deklan Rays UEFA Çempionlar Liqasının Liqa mərhələsində İtaliya təmsilçisi "İnter"ə qarşı oyunda meydana çıxa bilməyəcək.
"Report" xəbər verir ki, o, zədə səbəbindən sabah "Cüzeppe Meazza" stadionunda baş tutacaq qarşılaşmanı buraxmaq məcburiyyətində qalacaq.
Həkimlər 25 yaşlı oyunçunu həftəsonu keçiriləcək "Çelsi" matçına qədər sağaltmağa çalışır.
Qeyd edək ki, İngiltərə Premyer Liqasının X turunun "Çelsi" - "Arsenal" görüşü noyabrın 10-da reallaşacaq.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Baxış sayı:106
Bu xəbər 05 Noyabr 2024 23:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















