Arsenalın gənc futbolçusu klubun tarixinə düşüb
Icma.az, Report.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İngiltərə təmsilçisi "Arsenal"ın gənc futbolçusu İtan Nvaneri "topçular"ın, eyni zamanda Premyer Liqanın tarixinə düşüb.
"Report" İngiltərə Premyer Lqiasının mətbuat xidmətinə istinadən xəbər verir ki, XX turda "Brayton"la matçda (1:1) fərqlənən futbolçu "Arsenal"ın heyətində Premyer Liqada 18 yaşına çatmamış birdən çox qol vuran ilk oyunçu olub.
O, 17 yaş 290 günlüyündə fərqlənib. Noyabrda "Nottinqem Forest"lə oyunda (3:0) qol vuran yarımmüdafiəçi həmçinin İngiltərə Premyer Liqasında bu göstəriciyə nail olan altıncı futbolçudur.
Qeyd edək ki, "Arsenal"ın yetirməsi olan E.Nvaneri əsas komandada cari mövsümdə cəmi iki dəfə start heyətində meydana çıxıb.
Baxış sayı:75
Bu xəbər 06 Yanvar 2025 09:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















