Arsenalın baş məşqçisi klubun tarixinə düşüb
Icma.az bildirir, Report.az saytına əsaslanaraq.
İspaniyalı mütəxəssis Mikel Arteta İngiltərənin "Arsenal" klubunun tarixinə düşüb.
"Report"un məlumatına görə, bu, "topçular"ın Premyer Liqanın XIV turunun oyununda evdə "Mançester Yunayted"i məğlub etməsi (2:0) sayəsində mümkün olub.
O, Premyer Liqada "qırmızı şeytanlar"a ardıcıl 4 matçda qalib gələn londonluların ilk baş məşqçidir.
Bundan əlavə, Arteta çempionatda "Mançester Yunayted"ə qarşı 5 və ya daha çox oyun keçirən mütəxəssislər arasında ən yüksək qələbə faizinə (70 faiz) sahibdir. Baş məşqçi bu rəqiblə 10 duelin 7-dən qalibiyyətlə ayrılıb.
Qeyd edək ki, "Arsenal" 14 oyundan sonra Premyer Liqada 28 xalla üçüncü, "Mançester Yunayted" 19 xalla 11-ci pillədə qərarlaşıb.
Baxış sayı:134
Bu xəbər 05 Dekabr 2024 09:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















