Icma.az
close
up
RU
“Arşın mal alan” operettası yeni ifalarda təqdim olunacaq

“Arşın mal alan” operettası yeni ifalarda təqdim olunacaq

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 17 aprel, Anara Axundova, AZƏRTAC

Aprelin 23-də Opera Studiyasının səhnəsində “Arşın mal alan” operettasının premyerası olacaq. Tamaşada gənc opera müğənniləri də yer alıb. AZƏRTAC məşhur operettanın məşqində iştirak edib, sənətçilərlə söhbət edib.

Tamaşa aprelin 23-dən 29-dək Bakıda keçiriləcək Fidan Hacıyevanın II Beynəlxalq Opera Festivalının açılışında təqdim olunacaq. Yeddi gün ərzində paytaxtın müxtəlif məkanlarında həm tanınmış xarici və azərbaycanlı ifaçıların, həm də gənc opera müğənnilərinin, eləcə də 6-16 yaşlı gənc istedadların iştirakı ilə konsertlər təşkil ediləcək. Festivalın təşkilatçısı Azərbaycanın Xalq artisti Fidan Hacıyevadır.

Tamaşada rolları gənc opera müğənniləri Aysu Əliyeva, Rauf Məmmədzadə, Röya Əliyeva, Nurlana Əsgərova ifa edəcəklər. Cahan xala rolunu Fidan Hacıyeva, Soltan bəy rolunu Əməkdar artist Fərid Əliyev, Vəli rolunu Əməkdar artist Tural Ağasıyev, Əsgər rolunu “Yuğ” teatrının aktyoru Vüqar Hacıyev ifa edəcəklər.

AZƏRTAC-ın müxbiri ilə söhbətində sənətçilər premyeraya hazırlıq, tamaşadakı rollar barədə danışıblar.

Fidan Hacıyeva, Azərbaycanın Xalq artisti:

“Arşın mal alan”ın premyerası II Beynəlxalq Opera Festivalının açılışında olacaq. Tamaşada indiyədək böyük səhnələrə çıxmayan gənc ifaçılar çıxış edəcəklər. Mən Cahan xala rolunu ifa edəcəyəm, Soltan bəy rolunda isə dostum və həmkarım, Azərbaycanın Əməkdar artisti Fərid Əliyevi görəcəksiniz. Biz onunla həmişə Gülçöhrə və Əsgəri oynamışıq, burada isə estafeti gənc ifaçılara ötürmüşük. Bu tamaşa ilə bağlı artıq bir neçə dəvət almışıq. Onu İngiltərədə təqdim edəcəyik - mahnılar Azərbaycan dilində, amma dialoqlar ingiliscə səslənəcək. Uşaqlar artıq hazırlaşır, məşq edirlər. Sentyabrın 18-də - Musiqi Günündə bu tamaşa ilə Naxçıvanda çıxış edəcəyik”.

Fərid Əliyev, Azərbaycanın Əməkdar artisti:

“Arşın mal alan” operettası mənim, ümumiyyətlə, hər bir musiqiçinin, sənətkarın yaradıcılığında çox mühüm rol oynayır. Bu əsərə müraciət etməmiş aktyor və ya vokalçı yoxdur. Bizim üçün o, janrın klassikasıdır, çünki bu tamaşa bizim koloritimizi, milli musiqimizi və dəyərlərimizi, mentalitetimizi təcəssüm etdirir. Bu əsər klassik dramaturgiya dili ilə desək, məhz bizim mentalitetimizə aiddir. Onu bütün dünyada göstərmək, istənilən dildə ifa etmək olar, operetta hamı üçün aktual və sevilən olacaq.

Mənə gənc ifaçıları tamaşaya cəlb etmək, onlarla təkcə vokal ilə deyil, həm də aktyorluq sənəti üzrə məşğul olmaq həvalə edilib. Bütün bunları toplayandan sonra baş rejissorumuz Hafiz Quliyevə göstərdim, sonra estafeti ona verdim. Ən maraqlısı odur ki, mən bu tamaşada Əsgəri deyil, Soltan bəyi oynayıram. Gəncliyimdə Əsgəri oynamağa başlayanda, düşünürdüm ki, Soltan bəyi oynayacağım vaxt gələcək və həmin vaxt gəlib çatdı”.

Aysu Əliyeva, vokalçı:

“Mən Gülçöhrə rolunu ifa edirəm. “Arşın mal alan” kimi məşhur operettada baş rolda debüt etmək böyük şərəfdir. Biz çox ciddi hazırlaşdıq, çünki bu, hazırda heyətimizdə olanların əksəriyyəti üçün ilk təcrübədir. Hamımız müxtəlif sahələrdən gəlmişik. Mən müəlliməyəm, Qərbi Kaspi Universitetində dizayndan dərs deyirəm və bu, mənim üçün ilk təcrübə və çox mühüm hadisədir. Gülçöhrə rolu çox vacibdir, çünki hadisələrin gedişi onun sözlərinə və fikrinə bağlıdır. Onun səhnədə bir cümləsi var: “Lakin bil ki, mənim sözüm qanundur!” Yəni Üzeyir Hacıbəyli bu ifadə ilə bundan sonra nə olacağına onun qərar verəcəyini açıq şəkildə göstərmək istəyib”.

Vüqar Hacıyev, aktyor, vokalçı:

“Mən “Arşın mal alan” operettasında Əsgər rolunu ifa edirəm. Bu, əsas obrazlardan biridir və Üzeyir Hacıbəylinin ölməz əsərində məhz bu rolun mənə etibar edildiyinə görə özümü çox xoşbəxt hesab edirəm.

Əsgər mənim sevimli obrazlarımdan biridir. Mən onu böyük məmnuniyyətlə ifa edirəm. Hazırda fəal məşqlər gedir və mən çox çalışıram. Düşünürəm ki, Əsgərlə aramda elə bir böyük fərq, baryer yoxdur, çünki mən özüm də müasir baxışları olan insanam. Bu mənada biz onunla eyni dalğada ola bilərik. Buna görə də bu layihənin bir hissəsi olmaq fürsətinə və yaradılan şəraitə görə səmimi qəlbdən minnətdaram”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:206
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Aprel 2025 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see569

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see410

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see293

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see292

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see286

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see264

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see258

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see231

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see226

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see214

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see213

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see210

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see208

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see205

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see202

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see199

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see197

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see192

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see181

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri