Icma.az
close
up
RU
Artan körpə ölümləri: Son 25 ilin ən yüksək göstəricisi Səbəblər nədir və nə etməliyik?

Artan körpə ölümləri: Son 25 ilin ən yüksək göstəricisi Səbəblər nədir və nə etməliyik?

Icma.az bildirir, Oxu.az portalına istinadən.

Azərbaycanda körpə ölümlərinin sayında artım müşahidə edilir. Nəticədə son illər bu sahədə əldə olunan müsbət göstəricilər geriləməyə doğru gedir. Təkcə Zaqatala rayonunda qısa müddətdə 4 yeni doğulmuş körpənin ölüm faktı qeydə alınıb. Hazırda hüquq-mühafizə orqanları həmin faktlarla bağlı araşdırmalar aparırlar. Körpə ölümlərinin artmasını statistik məlumatlar da təsdiqləyir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ildə bir yaşınadək ölən uşaqların sayı 2 039 nəfər təşkil edib. Bu da son 25 ilin ən yüksək göstəricisi hesab olunur. Onların 1146 nəfərini oğlan, 893 nəfərini isə qız uşaqları təşkil edib. 2023-cü ildə ölkə üzrə bir yaşınadək həyatını itirən uşaqların sayı 2022-ci ilə nisbətən iki dəfədən çox artıb. Belə ki, 2022-ci ildə bir yaşadək həyatını itirən uşaqların sayı 959 olub.

Bəs görəsən, ölkəmizdə körpə ölümləri niyə artıb? Körpələrdə ölüm faktı daha çox hansı səbəblərdən yaranır?

"Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edirik.

1287 uşaq perinatal dövrdəki problemlərdən dünyasını dəyişib

Statistik məlumatlara əsasən, ötən il 2 039 nəfər uşağın əksəriyyəti, təxminən 63 faizi (1 287) perinatal dövrdə meydana çıxan hallar səbəbindən dünyasını dəyişib. Tənəffüs sistemi xəstəlikləri səbəbindən 187 uşaq həyatını itirib. Bu səbəbdən həyatını itirən uşaqların maksimum göstəricisi 2000-ci ildə 979 nəfəri təşkil edib. Eyni zamanda bir yaşına çatmayan 136 uşaq anadangəlmə anomaliyalardan (inkişaf qüsurları, deformasiyalar və xromosom pozuntuları), 47 uşaq bəzi infeksion və parazitar xəstəlik səbəbindən, 88 uşaq sinir sistemi xəstəliklərindən, 18 uşaq həzm sistemi xəstəliklərindən, 259 körpə isə digər səbəblərdən həyatını itirib.

Dövlət tibb müəssisələrində bu testlər pulsuzdur

Pediatr-neonatoloq Nazilə Hüseynova deyir ki, yeni doğulan körpələrdə müxtəlif problemlər müşahidə oluna bilər: "Məsələn, yeni doğulan körpələrdə sarılıq tez-tez rast gəlinən vəziyyətdir. Sarılığın fizioloji və patoloji növləri olur. Fizioloji sarılıq əsasən uşaq həyatının 2-3-cü sutkasında müşahidə edilir və təqribən 2-3 həftədə tamamilə aradan götürülür. Patoloji sarılıq fizioloji sarılıqdan fərqli olaraq daha tez, əsasən həyatın ilk sutkalarında qeyd olunur və uzun müddət davam edir. Patoloji sarılıq müxtəlif xəstəliklərin, o cümlədən ana ilə uşaq arasında qrup və rezus üzrə uyğunsuzluq, qaraciyər və öd axarları, infeksion, irsi xəstəliklər, doğuş travmaları nəticəsində inkişaf edir".

Mütəxəssis deyir ki, körpələrdə xəstəliklərin vaxtında aşkarlanması üçün ən yaxşı üsul topuq testinin tətbiqidir: "Bu testlə endikrinoloji pozğunluqlar verə bilən 35-ə yaxın xəstəlik aşkarlana bilər. Bu testi verməklə valideynlər heç nə itirmir. Tam əksinə, əgər körpədə hər hansı bir xəstəlik varsa, bu vaxtında aşkarlanır və mütəxəssislər tərəfindən müdaxilə edilir. Biz ailələrə bu testi tövsiyə edirik. Dövlət tibb müəssisələrində bu testlər pulsuzdur".

"Həkimə gec müraciət edirlər"

Tanınmış pediatr Vaqif Qarayev bildirir ki, südəmər uşaqlar adətən tənəffüs sistemi, mədə-bağırsaq, mərkəzi sinir sistemi, genetik xəstəliklər səbəbindən ölürlər: "Bu, bütün dünyada, o cümlədən Azərbaycanda da belədir. Çünki sadaladığım sistemlər erkən yaşda tam mükəmməl olmur və uşaqlar xəstəliyə çox meyil edirlər. Xüsusilə, uşaq orqanizmi infeksion xəstəliklərə daha çox meyilli olur. Amma bizdə həkimə gec müraciət etmək kimi praktika da var. Əksər valideynlər uşaqlarının sağlamlığına biganədirlər. Mütəmadi olaraq uşaqlarla işlədiyim üçün bu qənaətə gəlmişəm. Uşaq orqanizminin müqavimət sistemi tam formalaşmadığı üçün ağırlaşmalar baş verir. Məsələn, pnevmoniyaya vaxtında müdaxilə olunmasa, körpə həyatını itirir. Eləcə də mədə-bağırsaq infeksiyalarına vaxtında müdaxilə olunmasa, qusma və ishaldan uşaq orqanizmi susuzlaşır. Nəticədə ölüm hadisəsi baş verir".

Risk faktorları nəzərə alınmalıdır

Həkim qeyd edir ki, uşaqların sağlam olması üçün bəzi məqamlara diqqət yetirilməsi zəruridir: "Öncəliklə, ailə planlaşdırılması düzgün aparılmalıdır. Risk faktorları nəzərə alınmalıdır. Tutaq ki, ananın yaşı 35-dən yuxarıdırsa, hamiləlik riskli olacaq. Əvvəlki hamiləlikdə ölü doğulma, qanaxma kimi hallar qeydə alınıbsa, riskli hamiləlik faktoru yüksəkdir, erkən və qohum nikahlar risk yaradır. Biz son vaxtlar irsi-genetik xəstəliklərin həddindən artıq çoxaldığını da müşahidə edirik. Artıq uşaqlar xəstə doğulurlar. Bunun müzakirəsi illərdir gedir. Son vaxtlar qohum evlilikləri ilə bağlı böyük bir ajiotaj yaşandı və qanunla qan qohumlarının nikahını qadağan elədilər".

"İnsanlar bəhanə etməsinlər ki, pulumuz yoxdur"

V.Qarayev vurğulayır ki, hamilə qadın mayalanma günündən uşaq doğulana qədər mütləq həkim nəzarətində olmalıdır: "Hamiləlik zamanı keçirilən infeksiyalar birmənalı olaraq dölə, onun immun sisteminə təsir edir. İcbari tibbi sığortanın tətbiqindən sonra Azərbaycanda əhalinin tibbi xidmətə əlçatanlığı xeyli artıb. Yəni insanlar bəhanə etməsinlər ki, həkimə getməyə pulumuz yoxdur. Hamilə qadın mütləq qadın məsləhətxanalarında nəzarət altında olmalıdır. Bir dəfə də olsun həkim qapısı döyülmür, doğulanda da bəlli olur ki, uşaq ya yarımçıq, ya da ağır patologiya ilə doğulub".

Uşaq ölümlərinin statistikası sistemləşdirilməlidir

Tibb elmləri doktoru, professor Adil Qeybulla isə hesab edir ki, uşaq ölümlərinin statistikasının sistemləşdirilməsinə ehtiyac var: "Bir şeyi nəzərə almaq lazımdır ki, ötən il ölkədə qızılca epidemiyası yayılmışdı və bu xəstəlik uşaqlar arasında xeyli ölüm hallarına səbəb oldu. Eyni zamanda, son illər uşaqlar başa çatmayan koronovirus pandemiyasından əziyyət çəkdilər. Yəni belə bir qarışıq vəziyyətdə statistikanın sistemləşdirilməsinə ehtiyac var. Uşaqların daha çox hansı xəstəliklərdən dünyasını dəyişdiyi ətraflı təhlil olunmalıdır. Bununla bağlı Səhiyyə Nazirliyinin müvafiq strukturları iş aparmalıdırlar".

Professor qeyd edir ki, doğuşdan əvvəl və doğuşdan sonrakı uşaq ölümləri də fərqləndirilməlidir: "Məsələn, perinatal dövrdə uşaq ölümləri daha çox hamiləliyin patologiyasına bağlıdır. Hazırda Azərbaycanda normal keçən hamiləliyə çox az təsadüf edilir. İstər ana orqanizmində, istər hamiləliyin gedişi boyu vaxtında aşkar olunmayan patoloji dəyişikliklər doğuş zamanı və daha sonra körpə ölümü ilə nəticələnir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://oxu.az
archiveBu xəbər 15 Dekabr 2024 10:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see409

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see340

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see301

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see296

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see262

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see257

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see239

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see229

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see172

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see155

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see147

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see138

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see131

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see130

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see129

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see126

Puç olan ümidlər

03 Dekabr 2025 08:40see125

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see120

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see120

XİN Bərzaninin Baxçalıya qarşı dediklərini qınayır

03 Dekabr 2025 08:35see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri