Icma.az
close
up
RU
Artım niyə azalır: Problem və çıxış yolları TƏHLİL

Artım niyə azalır: Problem və çıxış yolları TƏHLİL

Azvision saytına istinadən Icma.az xəbər verir.

Qeyri-neft sektorunun inkişafı üçün 10 ilə yaxındır ciddi islahatlar keçirilir. Amma bu da kifayət deyil. Ölkəmizdə qeyri-neft-qaz sahələri daha çox 2014-2015-ci illər ərzindəki böhrandan, yəni manat ABŞ dollarına nisbətdə ucuzlaşandan sonra diqqət mərkəzinə alındı. Lakin aradan 10 il keçsə də, neftin qiyməti düşərkən yenə əndişə yaranır və devalvasiya kimi gözləntilər yaranır.
Niyə? Çünki, müstəqillik əldə etdikdən sonra bilavasitə neftin hesabına start götürmüş hər hansı ölkənin iqtisadiyyatını birdən-birə qeyri-neft sahələrinin oxu üzərinə ötürmək qeyri-mümkündür. Bunun üçün vaxt lazımdır. Neft ilə qeyri-neft sektoru arasında balans əldə etmək həm kompleks və köklü sərt islahatlar tələb edir, həm də böyük məbləğdə investisiyalar...
Statistikaya əsasən il başlayandan bəri iqtisadi artımın azalmasında əsas faktorlardan biri kimi məhz investisiyalar çıxış edir. 2025-ci ilin ilk 4 ayı ərzində ölkədə əsas kapitala 5 milyard 69,3 milyon manat məbləğində investisiya yatırılıb ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,6% azdır. Halbuki, ötən ilin 4 ayında investisiyalarda 2023-cü ilin eyni dövrüylə müqayisədə 11,8% artım qeydə alınmışdı.
Təəssüf doğuran məqam təkcə bu deyil. Qeyd olunan müddətdə neft-qaz sektoruna yönələn investisiyanın həcmi 22,7% azalıb, qeyri-neft-qaza isə 5,3% artıb. Keçən il sözügedən rəqəmlər müvafiq olaraq 6,2% və 15,2% təşkil edirdi.
Göründüyü kimi, neft-qaz sektoruna investisiya qoyuluşunun daha çox azalmasına paralel olaraq, qeyri-neft-qaz sahəsinə investisiya həcmində artım qeydə alınsa da, keçən illə müqayisədə 3 dəfəyədək aşağı səviyyədədir.
Qeyri-neft-qaz sektorunun inkişafı prioritet sayıldığı halda, sərmayə qoyuluşu niyə azalır? Çünki ölkəmizdə balans əldə etmək üçün həm kompleks və köklü, sərt islahatlar lazımdır, həm də böyük məbləğdə investisiyalar... Qeyri-neft-qaz sektorunun iqtisadiyyatın lokomotivinə çevrilməsi üçün bu sahəyə investisiya ildən-ilə daha çox artmalıdır.
Artımın azalmasının həm obyektiv, subyektiv səbəbləri var. Ölkədə qeyri-neft-qaz sektorunda tələb olunan inkişafı əldə etmək üçün mövcud investisiya mühiti daha da yaxşılaşdırılmalıdır. Neft-qaz sektoru sırf xammal resurslarına bağlı olduğundan, risk səviyyəsi aşağıdır. Qeyri-neft-qaz sektorunda isə ortaya elə real istehsal və yaxud emal məhsulları çıxarılmalıdır ki, həmin məhsullar rəqabət qabiliyyətli olsun və ilk növbədə daxili tələbatı ödəsin. Yəni öncə daxili bazarda xarici istehsala məxsus analoqları ilə rəqabətə davam gətirsin. Bunun üçünsə xarici investisiyalara da ehtiyac var. Bu əslində, birinci şərtdir. Neft-qaz sektorunda olduğu kimi, qeyri-neftdə də xarici sərmayənin olması vacibdir. Odur ki, ilk növbədə bu sahədə stimullaşdırıcı tədbirlərə əl atılmalıdır.
Yeri gəlmişkən, bu ilin yanvar-mart aylarında xarici maliyyə mənbələrindən əsas kapitala 0,9 milyard manat investisiya həyata keçirilib. Bu göstərici ötən ilin müvafiq dövrünə nəzərən 19,4% çoxdur. Xarici mənbələrdən əsas kapitala yönəldilmiş investisiya bu sahədə ümumi həcmin 27.4%-nə bərabər olub.
Rüb ərzində xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən əsas kapitala yönəldilmiş vəsaitin 98,7%-i Birləşmiş Ərəb Əmirlikləri, Birləşmiş Krallıq, Türkiyə, İsveçrə, Rusiya, ABŞ, Yaponiya, İran, Fransa, Macarıstan və Hindistan sərmayədarlarına məxsus olub.
Əsas kapitala ümumi investisiya qoyuluşunun azalmasına rəğmən, xarici mənbələrə əsaslanan investisiya həcminin artması təskinlikverici haldır. Lakin bu da əsas etibarı ilə neft ilə qaza sərf olunub.
Bəs, investisya həcminin azalmasının qarşısını necə almalı? Ölkədə məhkəmə, hüquq sistemi təkmilləşdirilməlidir. Qeyri-neft sahələrinin inkişafını sürətləndirmək üçün bu, xüsusən vacibdir.

Pərviz Heydərov
Azvision.az üçün
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:247
embedMənbə:https://azvision.az
archiveBu xəbər 06 İyun 2025 15:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see323

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see259

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see246

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see246

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see242

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see234

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see233

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see229

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see226

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see221

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see218

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see216

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see208

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see207

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see204

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see204

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see188

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see182

Bir sıra avtomobil yollarında görünüş məsafəsi azalacaq

08 Noyabr 2026 22:13see180

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri