Icma.az
close
up
RU
Artıq çəki hansı xəstəliklərə səbəb olur? Həkimdən xəbərdarlıq

Artıq çəki hansı xəstəliklərə səbəb olur? Həkimdən xəbərdarlıq

Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.

Azərbaycanda 15 yaşdan yuxarı əhalinin yalnız 40,4 faizi normal bədən kütlə indeksinə (BKİ) malikdir. Əhalinin böyük hissəsi isə artıq çəki və piylənmə kateqoriyasına daxildir.

Bizimyol.info xəbər portalı Modern.az – a istinadən xəbər verir ki, 15 yaşdan yuxarı əhalinin 48,2 faizi artıq çəkili (BKİ 26-30), 10 faizi isə piylənmədən (BKİ 31-dən yuxarı) əziyyət çəkir. Normal bədən kütlə indeksinə malik olanların payı 40,4 faiz, normadan az çəkiyə malik şəxslərin payı isə 1,4 faiz təşkil edir.

Statistikaya əsasən, yaş artdıqca artıq çəki problemi daha da dərinləşir. Belə ki, 45-64 yaş qrupunda əhalinin 61,1 faizi artıq çəkili, 16,6 faizi isə piylənmədən əziyyət çəkir. 65 yaş və yuxarı əhali arasında isə artıq çəkililərin payı 61 faiz, piylənmədən əziyyət çəkənlərin payı 18,6 faizdir.

Azərbaycanda kişilərin 53,7 faizi artıq çəkili, 9,3 faizi piylənmədən əziyyət çəkir. Qadınlarda isə 43,2 faiz artıq çəkili, 10,7 faiz piylənmə göstəricisi qeydə alınıb.

Rəsmi statistikaya görə, Azərbaycanda 15 yaşdan yuxarı əhalinin orta çəkisi 69,7 kiloqram, orta boyu isə 167,5 santimetrdir. Kişilərin orta çəkisi 73,7 kiloqram, qadınların orta çəkisi 66,1 kiloqram təşkil edir.

Artıq çəki hansı sağlamlıq problemlərinə səbəb ola bilər?İnsanlar arıqlamaq üçün ən çox hansı səhvlərə yol verirlər?

Mövzu ilə bağlı Bizimyol.info xəbər portalına danışan funksional tibb həkimi Jalə Fərəcova bildirib ki, artıq piy toxuması qan təzyiqinin tənzimlənməsində mühüm rol oynayan böyrəklərə də zərər verə bilər: “Artıq çəki ilə əlaqədar ən çox rastlanan xəstəliklərin başında şəkərli diabet dayanır. 2-ci tip şəkərli diabet qanda qlükoza (qan şəkəri) səviyyəsinin normadan yüksək olması ilə xarakterizə olunan xəstəlikdir. 2-ci tip şəkərli diabeti olan insanların təxminən hər 10 nəfərindən 9-u artıq çəkiyə və ya piylənməyə malikdir. Zaman keçdikcə qanda şəkərin yüksək səviyyədə qalması ürək xəstəlikləri, insult, böyrək xəstəlikləri, göz problemləri, sinir zədələnməsi və başqa ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Əgər sizdə 2-ci tip şəkərli diabetin yaranma riski varsa, ilkin bədən çəkinizin ən azı 5–7%-ni azaltmaqla diabetin qarşısını ala və ya onun inkişafını gecikdirə bilərsiniz.

Piylənmə ilə əlaqədar ikinci ən çox rastlanan xəstəlik hipertoniyadır. Hipertoniya, qanın qan damarları vasitəsilə normaldan daha yüksək təzyiqlə hərəkət etdiyi bir vəziyyətdir. Bədən çəkisinin çox olması qan təzyiqini yüksəldə bilər, çünki ürək bütün hüceyrələri qanla təmin etmək üçün daha çox işləməli olur. Bundan əlavə, artıq piy toxuması qan təzyiqinin tənzimlənməsində mühüm rol oynayan böyrəklərə də zərər verə bilər. Yüksək qan təzyiqi ürəyə əlavə yük salır, qan damarlarını zədələyir və ürək tutması, insult, böyrək xəstəlikləri və vaxtından əvvəl ölüm riskini artırır. Sağlam bədən kütlə indeksi (BKİ) səviyyəsinə çatacaq qədər çəki itirmək yüksək qan təzyiqini azaltmağa, həmçinin onunla əlaqəli sağlamlıq problemlərinin qarşısını almağa və ya onları nəzarətdə saxlamağa kömək edə bilər.

Ürək xəstəliyi ürəyə təsir göstərən bir sıra sağlamlıq problemlərini ifadə edən ümumi termindir.

Bunlara ürək tutması (miokard infarktı), ürək çatışmazlığı, stenokardiya (angina) və ürək ritminin pozulması (aritmiya) daxildir. Artıq çəkidən xilas olmaq ürək xəstəlikləri üçün risk amillərini azaltmağa və ürək-damar sağlamlığını yaxşılaşdırmağa kömək edə bilər”.

Jalə Fərəcova deyib: “Üçüncü qrupa isə qaraciyər xəstəlikləri daxildir – xüsusilə də qaraciyər piylənməsini vurğulamaq istəyirəm. Qaraciyərin piylənməsi qaraciyərdə həddən artıq piyin toplanması nəticəsində yaranır və zamanla ciddi qaraciyər zədələnməsinə, sirroza və hətta qaraciyər çatışmazlığına səbəb ola bilər. Bu xəstəliklərə alkoqolla əlaqəli olmayan qaraciyərin piylənməsi və alkoqolla əlaqəli olmayan steatohepatit daxildir. Bu problemlər ən çox artıq çəki və ya piylənməsi olan insanlarda müşahidə olunur. Bundan əlavə, insulin rezistentliyi, qanda piylərin (lipidlərin) sağlam olmayan səviyyəsi, metabolik sindrom, 2-ci tip şəkərli diabet və müəyyən genetik xüsusiyyətlərə malik şəxslərdə də bu xəstəliklərin inkişaf riski yüksəkdir.

Əgər sizdə artıq çəki və ya piylənmə varsa, bədən çəkinizin ən azı 3–5%-ni azaltmaq qaraciyərdə toplanmış piyin miqdarını azaltmağa kömək edə bilər”.

Jalə Fərəcova vurğulayıb: “Artıq çəki ilə əlaqədar yaranan xəstəliklərdən danışırıqsa, mütləq sümük problemlərini də bura əlavə etməliyik – xüsusilə artıq çəkili insanlarda ən çox rastlanan osteoartritin adını qeyd etmək istəyirəm. Osteoartrit oynaqlarda ağrı, şişkinlik, sərtlik və hərəkət məhdudluğu ilə xarakterizə olunan geniş yayılmış, uzunmüddətli bir xəstəlikdir. Piylənmə diz, bud-çanaq və topuq oynaqlarında osteoartritin yaranması üçün əsas risk amillərindən biridir.

Artıq çəki və piylənmə oynaqlara və qığırdaqlara əlavə yük salaraq osteoartritin inkişaf riskini artırır. Bundan əlavə, orqanizmdə artıq piy toxumasının olması qanda iltihaba səbəb olan maddələrin səviyyəsini yüksəldə bilər. Oynaqlarda yaranan iltihab isə osteoartritin inkişaf etməsi və ya ağırlaşması riskini artırır.

Əgər artıq çəkiniz və ya piylənməniz varsa, çəki itirmək dizlərə, bud-çanaq oynaqlarına və bel nahiyəsinə düşən yükü azalda, həmçinin orqanizmdə iltihabı zəiflədə bilər. Əgər sizdə osteoartrit varsa, çəki itirmək xəstəliyin əlamətlərini yüngülləşdirə bilər”.

Jalə Fərəcovanın sözlərinə görə, piylənmə şəkərli diabet və yüksək qan təzyiqi riskini artırır: “Eyni zamanda siyahıya böyrək xəstəliklərini əlavə etmək istəyirəm. Böyrək xəstəlikləri böyrəklərin zədələnməsi və qanı lazımi şəkildə süzmə qabiliyyətinin zəifləməsi ilə xarakterizə olunur. Piylənmə şəkərli diabet və yüksək qan təzyiqi riskini artırır. Bu iki xəstəlik isə xroniki böyrək xəstəliyinin ən çox rast gəlinən səbəbləridir. Hətta şəkərli diabet və ya yüksək qan təzyiqiniz olmasa belə, piylənmə xroniki böyrək xəstəliyinin inkişaf riskini artıra və xəstəliyin irəliləməsini sürətləndirə bilər.

Artıq çəkiniz və ya piylənməniz varsa, çəki itirmək xroniki böyrək xəstəliyinin qarşısını almağa və ya onun inkişafını gecikdirməyə kömək edə bilər. Xroniki böyrək xəstəliyinin erkən mərhələlərindəsinizsə, sağlam qida və içkilər qəbul etmək, fiziki aktiv olmaq və artıq çəkidən xilas olmaq xəstəliyin irəliləməsini ləngidə və böyrəklərin daha uzun müddət sağlam qalmasına kömək edə bilər”.

Həkimin fikrincə, internetdə yayılan sürətli arıqlama diyetləri yanlışdır: “Çox aktual sualdır. Ən çox yol verilən səhvlərdən biri həkim təyinatı olmadan arıqlama vasitələrindən istifadə etməyə çalışmalarıdır – xüsusilə “arıqlama dərmanları” dediyimiz bir qrup dərmanların özbaşına istifadəsi buraya daxildir. Sosial media üzərindən satılan, tərkibində istifadəsinə qadağa qoyulmuş “sibutramin” adlı maddə olan kofe, çay və digər içkilər, preparatları da buraya aid etmək olar.

İnternet üzərindən əldə olunan şok diyet (sürətli arıqlama diyetləri) siyahısı üzrə özlərinə təyin etdikləri gündəlik menyular da yol verilən səhvlərdəndir. Çünki bu menyular fərdə uyğun tərtib olunmur, halbuki hərkəsin orqanizmi individualdır və hər kəs üçün tərtib olunan düzgün qidalanma planı fərqlidir.

Həkim-mütəxəssis tərəfindən tərtib olunan qidalanma planında pasientin istifadə etdiyi dərmanlar və yanaşı xəstəliklərin mövcud olub-olmaması mütləq nəzərə alınır. Amma hazır diyet proqramlarında bu faktorların heç biri nəzərə alınmır. Nəticədə pasientin yalnış metodla arıqlamasına, sonrasında isə, verdiyi çəkidən artıq yenidən çəki almasına gətirib çıxarır”.

Jalə Fərəcova əlavə edib: “Bəzən pasientlərin arıqlamasına mane olan bəzi faktorlar, məsələn vitamin-mineral defisiti, altda yatan hər hansı xəstəlik araşdırılmadan diyet planı tətbiq olunur. Bu səbəbdən mütləq həkim-mütəxəssis ilə məsləhətləşdikdən sonra düzgün müalicə planı tətbiq olunmalıdır.

Unutmayaq ki, piylənmə bir xəstəlikdir və yalnız həkim-mütəxəssis tərəfindən müalicə olunmalıdır”.

Günel Həsənova, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 07 Avqust 2026 23:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri