Icma.az
close
up
RU
Artıq Təzəpir yox, Bibiheybət Dövlət protokolunda dəyişiklik var?

Artıq Təzəpir yox, Bibiheybət Dövlət protokolunda dəyişiklik var?

Yenisabah saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Əvvəla, Təzəpir məscidi Qafqaz Müsəlmanları İdarəsinin inzibati mərkəzi, iqamətgahıdır. Ölkəmizə səfər edən qonaqlar, adətən, Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə ilə görüşmək üçün həmişə bu məscidə üz tuturdu”.

Bu sözləri “Yeni Sabah”a açıqlamasında şərqşünas-yazar Kənan Rövşənoğlu bildirib.

O son zamanlar əcnəbi rəsmilərin Təzəpir deyil, Bubiheybət məscidinə üz tutmasının səbəbini izah edib.

K. Rövşənoğlunun sözlərinə görə, Bibiheybət məscidinin özünəməxsus tarixi və dini əhəmiyyəti var:

“Çünki orada 7-ci imam Musa əl-Kazimin qızı həzrəti Həkimənin qəbri yerləşir. Bu xanım həm də 8-ci imam Rzanın doğma bacısıdır. Ona görə də müsəlman ölkələri, xüsusən də şiə dövlətlərindən gələn qonaqlar Bibiheybət məscidini ziyarət edirlər. Bu məkan məscid olmaqdan başqa, həm də onlar üçün ziyarətgahdır”.

Şərqşünas-yazar qeyd edib ki, dini məkanlara ziyarət istəyi daha çox Azərbaycana rəsmi səfər etmiş şəxslərin özündən gəlir:

“Belə görünür ki, bu, fərdi təşəbbüsdür. Bibiheybət məscidi hər zaman müqəddəs ziyarətgah olub. Hətta Aleksandr Dümanın “Qafqaza səyahət” əsərində bu məsciddən geniş bəhs olunur.

Bir qayda olaraq, dövlət xadimlərinə dini məkanlara ziyarət rəsmi protokollarda yer almır. Hətta teokrat dövlətlərdə də belə olmur. Dini məkanlara ziyarət daha çox ziyarətçilərin öz istəyidir”.

Xatırladaq ki, 2014-cü ilin 22 oktyabrında Bakıda keçirilən “İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin inkişafında qadınların rolu” mövzusunda İƏT-in qadın məsələləri üzrə nazirlərinin V Beynəlxalq Konfransında iştirak etmək üçün Azərbaycana gələn İran vitse-prezidenti, İranın qadın və ailə Məsələləri üzrə naziri, xanım Şəhindoxt Mollaverdi Bibiheybət məscidini ziyarət edib.

2023-cü il iyulun 6-da isə İranın mərhum xarici işlər naziri Hüseyn Əmir Abdullahian Bibiyeybət ziyarətgahında olub.

İran Prezidenti Məsud Pezeşkian bu il aprelin 28-də Bibiheybət məscidini ziyarət edib.

Dekabrın 6-da Azərbaycanda rəsmi səfərdə olan İraq Respublikasının rabitə naziri, İraq-Azərbaycan birgə komissiyanın sədri xanım Hayam əl-Yasiri İraqın Azərbaycandakı səfirinin müşayəti Bibiheybət Kompleksini ziyarət edib.

Son olaraq, Azərbaycanda rəsmi səfərdə olan İran xarici işlər naziri Abbas Əraqçinin xanımı və qızı, həmçinin İslam Respublikasının ölkəmizdəki səfirliyinin əməkdaşlarının ailə üzvləri Bibiheybət məscidini ziyarət ediblər.

Nazim Hacıyev


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 09 Dekabr 2025 16:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri