Icma.az
close
up
RU
Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir AÇIQLAMA

Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir AÇIQLAMA

Sonxeber.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" – AÇIQLAMA

"Hər bir kənddə istər məktəblər, istər kitabxanalar mütləq qorunmalıdır. Necə ki, biz məscidləri qoruyuruq".

Bunu parlamentin dünənki plenar iclasında "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa deyib.

Bəs bu məktəbləri qorumağın yolları nələrdir?

Mövzu ilə bağlı Hüquqi və Demokratik İslahatlar Mərkəzinin sədr müavini,sosioloq Elçin Bayramlı Sonxeber.az – a açıqlama verib:

"Bütün kəndlərdə mütləq məktəb olmalıdır. Hətta 100 il əvvəl də kiçik kəndlərdə məktəblər tikirdilər ki, şagirdlər rahat şəkildə təhsil alsınlar. Burda bəzi istisnalar ola bilər. 5-6 evdən ibarət kəndlər var və o kəndlərdə ümumilikdə 3-5 uşaq var. Bunun üçün məktəb tikmək olmur. Bu səbəbdən qonşu kəndlərin birində məktəb tikilir və bir-neçə kəndin uşaqları ora gəlir. Həmin məktəblərin avtobusları olmalıdır ki, uşaqları aparıb-gətirsin. Bunu təşkil etmək lazımdır. Dövlət xərcləri azaltmaq üçün kəndlərdə məktəbləri azaldır. Məsələn Tovuz rayonunun Düzqırıqlı kəndinin 20 min əhalisi var. Amma orda cəmi 2 məktəb var idi. Birini ləğv etdilər. Qalan birinə isə ləğv olan məktəbin uşaqlarını da yerləşdirdilər. Yəni burda əsas məqsəd dövlətin xərcini azaltmaqdır. Əlavə məktəb xərci, müəllimə maaşı verilməsin. Kəndlərdə məktəbləri bağlamaq olmaz ,əksinə, məktəb olmayan kəndlərdə məktəblər tikilməlidir. Təhsilə belə yanaşmaq olmaz.
Şəhərlərdə belə məktəb sayı azdır. Məsələn Bayıl qəsəbəsində, 20-ci sahə deyilən ərazidə 162 və 51 sayılı məktəblər var. İkisində də normadan 3-4 dəfə artıq şagird təhsil alır. Bu biabırçılıqdır. Son illərdə onlarla iri binalar tikilib, çoxlu həyət evləri salınıb. Əhali 2-3 dəfə artıb, amma məktəblər artmır. Məktəblər əhalinin sayına adekvat olaraq artmalıdır. Bir ucdan məhəllələr salıb, binlar tikirlər amma məktəb tikmək ağıllarına gəlmir. Artırmaq əvəzinə, hətta mövcud olan məktəbləri da azaltmaq təhsili məhv etməkdir. Dövlət öz xərcini azaltmaq üçün şagirdlərin boynuna əlavə yük salır".

Çiçək Sadatova


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:232
embedMənbə:https://sonxeber.az
archiveBu xəbər 26 Noyabr 2024 17:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see315

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see308

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see295

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see290

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see287

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see286

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see259

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see258

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see240

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see239

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see237

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see236

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see227

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see224

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see198

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see186

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri