Icma.az
close
up
RU
Bakıda arvadı ilə barışmağa gedən kişini döydülər TƏFƏRRÜAT

Bakıda arvadı ilə barışmağa gedən kişini döydülər TƏFƏRRÜAT

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakının Xəzər rayonunda 1996-cı il təvəllüdlü Aqşin şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı bacısının əri İsmətə (adlar şərtidir – red.) xəsarət yetirib. 
Demokrat.az
-ın əldə etdiyi məlumata görə, hadisə 1 avqust 2023-cü ildə baş verib. Aqşin həmin gün saat 15:30-da bacısı Ləmanın küsərək gəldiyi Qala qəsəbəsi, yeni yaşayış sahəsindəki fərdi yaşayış evindən geri aparmaq üçün gələn həyat yoldaşı İsmətlə ailə daxili narazılığa aydınlıq gətirmələri ilə bağlı onun idarə etdiyi “Toyota Prius” markalı avtomobildə Qala qəsəbəsi istiqamətdə hərəkətdə olarkən söhbət zamanı ailə münasibətləri zəminində aralarında mübahisə yaranıb. 
Mübahisə zamanı İsmət əsəbləşərək əlini avtomobilin sükanından buraxdığından avtomobil yoldan çıxaraq divara dəyib. 
Bundan sonra Aqşin əsəbləşərək bacısının İsmətlə  getməsinə etirazını bildirib. Bu zaman aralarındakı şəxsi münasibətlərin pozulması səbəbindən qəsdən ani olaraq İsmətin bədəninin müxtəlif nahiyyələrindən əli və ayağı ilə vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 
Hadisəni törədən Aqşinin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Aqşin ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. 
O, ifadəsində göstərib ki, zərərçəkmiş İsmət onun bacısının yoldaşıdır: 
“Bir müddət olar ki, bacım yoldaşından ayrılaraq Qala qəsəbəsi, yeni yaşayış sahəsində yerləşən bizim evimizə gəldi. Avqustun 1-də, günorta saatlarında evdə olarkən İsmətin bizə gəldiyini gördüm. Bu zaman bacım İsmətlə söhbət etmək istəmədiyini bildirdi. Həmin vaxtı evdə mənim həyat yoldaşım, uşaqlar və digər ailə üzvlərim olub. İsmət israrla bacım ilə görüşmək istədiyini bildirdi. Bu səbəbdən aralarında sözlə mübahisə yarandı”. 
Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra İsmət ona  “gedək evdən bir qədər kənarda söhbət edək” deyə bildirib: 
“Mən də İsmətlə razılaşaraq onun maşınına əyləşdim. Bir qədər hərəkət etdikdən sonra İsmətin idarə etdiyi “Toyota Prius” markalı avtomobildə onunla söhbət edərkən aramızda mübahisə yarandı. İsmət əsəbiləşərək əlini hərəkətdə olan avtomobilinin sükanından buraxaraq mənim yaxamdan tutdu. Bu zaman avtomobilin qarşısına uşaq çıxdı. İsmət sükanı çevirərək yoldan çıxdı və divara çırpıldı. Qəza nəticəsində arxa görünüş güzgüsü qırıldı  və İsmət həmin güzgü ilə məni vurmaq istədi. Bu zaman İsmətin köynəyini arxadan qaldıraraq başına keçirdim ki, məndən əl çəksin. Bundan sonra iti addımlarla evimə doğru getdim. Hadisə zamanı İsməti vurmamışam”. 
Aqşin bildirib ki, məlum hadisə zamanı işsiz olub: 
“Vətən Müharibəsi iştirakçısı olduğumdan hadisədən bir müddət sonra sürücü kimi nazirliklərdən birində işə qəbul edildim. Hazırda da həqiqi hərbi xidmətdəyəm. Aqşin mənə hədə-qorxu gəlməklə şantaj edər, barışıq üçün bacım uşağının onun himayəsinə verilməsini istəyir. Bu səbəbdən də aramızda barışıq olmayıb”.
İş üzrə zərərçəkmiş qismində ifadə verən İsmətin sözlərinə görə, həyat yoldaşı ondan küsüb və Qala qəsəbəsi, yeni yaşayış sahəsində yerləşən qayınatasının evinə gedib: 
“Avqustun 1-də qayınatamgilin evinə getdim  ki, həyat yoldaşım ilə danışıb, onu evimizə aparım. Həmin vaxt qaynım Aqşin ilə rastlaşdım və aramızda sözlə mübahisə yarandı. Bu səbəbdən Aqşinə bildirdim ki, gedək evdən bir qədər kənarda çay içib söhbət edək. Saat 15:30-da Qala qəsəbəsi, yeni yaşayış sahəsində idarə etdiyim “Toyota Рrius” markalı avtomobildə Aqşin ilə söhbət edərkən aramızda mübahisə yarandı. Bu zaman Aqşin mənim üzümdən əli ilə vurdu. Mən əsəbiləşərək əlimi hərəkətdə olan avtomobilinin sükanından buraxdığımdan avtomobil yoldan çıxaraq divara çırpıldı. Avtomobildən düşdükdən sonra Aqşin əli ilə mənim üz və kürək nahiyyəmdən, eləcə də ayağı ilə məni vuraraq xəsarət yetirdi”. 
Bu cinayət işinə Xəzər Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Aqşin 1200 manat miqdarında cərimə olunub.
Fariz Məlikli
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:190
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 02 Aprel 2025 14:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri