Icma.az
close
up
RU
Arvadı başqasıyla yazmışdı, 20 bıçaq… TƏFƏRRÜAT KONKRET

Arvadı başqasıyla yazmışdı, 20 bıçaq… TƏFƏRRÜAT KONKRET

Konkret.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Şəmkir rayonunda həyat yoldaşını xüsusi amansızlıqla öldürməyə cəhddə təqsirləndirilən Yusif Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

KONKRET.az xəbər verir ki, Oxu.Az-ın məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Y.Məhərrəmov 14 il azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə rayonun “Şəhərcik” adlanan yaşayış massivində qeydə alınıb. Pepperoni pizza

Belə ki, 1999-cu il təvəllüdlü Y.Məhərrəmov 2006-cı il təvəllüdlü Laləzər Əhmədova ilə tanış olub. Bir müddətdən sonra onlar evlənərək kirayədə yaşamağa başlayıblar. Evlilikdən bir neçə ay sonra L.Əhmədova ilə Y.Məhərrəmov arasında mübahisələr başlayıb və L.Əhmədovanın anası ailəyə müdaxilə edib.

Çütlük bir müddət ayrı yaşamaq qərarı versə də, L.Əhmədovanın anası onların barışmasına imkan verməyib. L.Əhmədova ilə Yusif bir müddət görüşsələr də, qadın onların yenidən birgə yaşamasını əngəlləyib.

Bir müddətdən sonra Yusif L.Əhmədovanın mobil telefon nömrəsini özünün istifadəsində olan telefonunda yoxlayarkən arvadının Təbriz adlı şəxslə “TikTok” sosial şəbəkəsində danışdığının şahidi olub. O, bu barədə Leylaya deyib, onun Təbrizlə danışmamasını tapşırıb. Leyla Yusifə bu barədə söz versə də, o, yenidən əməllərinə davam edib.

İkinci dəfə yazışmanı görən Yusif bu barədə Leylaya deyəndə qadın onunla mübahisə etməyə başlayıb. Mübahisə nəticəsində Yusif Leylaya 20 bıçaq zərbəsi vuraraq onu öldürməyə cəhd edib.

Qadın xəstəxanaya çatdırılıb, həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən Y.Məhərrəmov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb və Y.Məhərrəmov barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:180
embedMənbə:https://konkret.az
archiveBu xəbər 17 Sentyabr 2025 19:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see367

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see366

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see357

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see355

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see350

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see335

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see334

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see318

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see316

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see314

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see303

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see300

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see294

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see284

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see281

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see269

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see265

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see252

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see215

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see214
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri