Icma.az
close
up
RU
Arvadını evə gətirən sürücünün burnunu sındırdı

Arvadını evə gətirən sürücünün burnunu sındırdı

Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Şirvan Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Famil Ömərovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Bizim.Media xəbər verir ki, hakim Yaşar Həşimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib, Salyan Rayon Məhkəməsinin hökmü ləğv olunub. Zərərçəkmiş şəxslə barışdığından təqsirləndirilən şəxs barəsində başlanmış cinayət təqibinə xitam verilib və o, həmin maddə ilə cinayət məsuliyyətindən azad edilib.
İttihama görə, hadisə 2026-cı ildə saat 19:00 radələrində Salyan şəhəri, M.Dadaşov küçəsində yerləşən fərdi yaşayış evinin qarşısında baş verib.
Belə ki, zərərçəkmiş İntiqam Amalov (adı, soyadı şərtidir) hadisə günü Famil Ömərovun həyat yoldaşını onun işlədiyi mağazadan götürərək avtomobillə yaşadığı ünvana gətirib. Təqsirləndirilən şəxs əvvəllər də zərərçəkmişdən aradını birbaşa evlərinin qarşısında deyil, şadlıq sarayının yaxınlığında düşürməsini xahiş edib. Onun fikrincə, qadının hər dəfə evin qarşısında avtomobildən düşməsi ətrafda əsassız söz-söhbətlərin yaranmasına səbəb ola bilərdi.
Lakin hadisə günü İntiqam Amalov yenidən qadını yaşadığı evin qarşısında düşürdüyü üçün tərəflər arasında mübahisə yaranıb.
Sözlü mübahisə qısa müddətdə fiziki qarşıdurmaya çevrilib. Famil əsəbiləşərək İntiqam Amalova yumruq zərbəsi endirib. Zərbənin təsirindən zərərçəkmiş müxtəlif bədən xəsarətləri alıb.
Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, İntiqam Amalovun burnunun yumşaq toxumalarında şişkinlik və qançır, sol gözaltı nahiyəsində qançır, həmçinin burun sümüyünün sınığı müəyyən edilib.
Ekspertiza həmin xəsarətlərin sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri kimi qiymətləndirildiyini göstərib.
İstintaq orqanı Famil Ömərovun əməlini Cinayət Məcəlləsinin sağlamlığa qəsdən yüngül zərər vurmanı nəzərdə tutan maddəsi ilə tövsif edib. (Pravda.az)

Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:97
embedMənbə:https://bizim.media
archiveBu xəbər 03 Avqust 2026 08:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see504

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see315

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see287

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see276

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see275

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see275

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see272

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see268

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see268

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see246

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see241

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see239

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see237

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see232

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see220

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see216

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see214

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see210

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see208

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri