Icma.az
close
up
RU
Arvadını öldürmək üçün kobra aldı Ömürlük CƏZA

Arvadını öldürmək üçün kobra aldı Ömürlük CƏZA

Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Hindistanda bank əməkdaşı Surac Kumar həyat yoldaşı Utranı zəhərli kobra vasitəsilə öldürüb. 

Lent.az xarici KİV-ə istinadla bildirir ki, əlilliyi olan Utra daha əvvəl də zəhərli ilan sancmasından sağ çıxıb. 2020-ci ilin martında onu gürzə sancıb. Bundan sonra qadın uzun müddət müalicə alıb və valideynlərinin evində bərpa dövrü keçirib. Bir müddət sonra isə onu kobra sancıb. Qadın ertəsi gün həyatını itirib. İlan daha sonra otaqda tapılaraq öldürülüb.

Bir-birinə bənzəyən iki hadisə mərhumun yaxınlarında şübhə yaradıb və onlar polisə müraciət ediblər. İstintaq nəticəsində müəyyən edilib ki, Surac iki zəhərli ilanı ovçudan alıb və onlardan həyat yoldaşına qarşı istifadə edib.

İş materiallarına əsasən, ikinci hadisədən əvvəl kişi Utraya yuxu dərmanı verib, daha sonra kobranı otağa buraxıb. İttiham tərəfinin bildirdiyinə görə, o, ilanı daha aqressiv etmək üçün bir neçə gün qidasız saxlayıb.

Müstəntiqlər həmçinin müəyyən ediblər ki, qadının ölümündən az əvvəl onun adına həyat sığortası rəsmiləşdirilib, qızıl-zinət əşyalarının bir hissəsi isə yoxa çıxıb. Daha sonra polis gizlədilmiş 38 ədəd zinət əşyası aşkar edib.

İş üzrə Suracın bəzi qohumları da istintaqa cəlb olunub. Onlar əmlakın gizlədilməsində və sübutların məhv edilməsində şübhəli biliniblər.

Məhkəmə Surac Kumarı qətldə təqsirli bilərək ona ömürlük həbs cəzası verib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://lent.az
archiveBu xəbər 07 Avqust 2026 18:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see354

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see286

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see273

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see272

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see270

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see261

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see259

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see258

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see256

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see252

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see238

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see236

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see231

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see228

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see227

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see225

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see206

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see202

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see202

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri