Arvadını və 6 uşağını öldürüb intihar etdi
Lent az saytından alınan məlumata görə, Icma.az bildirir.
ABŞ-ın Miçiqan ştatında dəhşətli ailə faciəsi baş verib.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, kişi həyat yoldaşını və altı uşağını güllələyərək öldürüb, sonra isə intihar edib. Hadisə ötən həftə yanmış evdə ailənin bütün üzvlərinin meyitləri aşkarlanandan sonra məlum olub.
Ottava dairəsi polis idarəsinin kapitanı Ceyk Sparksın verdiyi məlumata görə, Kristofer və Amanda Karolkeviçin 5 yaşdan 15 yaşadək altı övladı olub. Uşaqlardan ikisi övladlığa götürülüb.
Məhkəmə-tibbi ekspertizasının nəticələri ailənin bütün üzvlərinin güllə yaralarından öldüyünü göstərib. Amanda Karolkeviç və uşaqların ölümü qətl, Kristofer Karolkeviçin ölümü isə intihar kimi qiymətləndirilib.
Araşdırma zamanı evdəki yanğının da qəsdən törədildiyi müəyyən edilib. Yanğın mənzilin bir neçə yerində eyni vaxtda başladılıb. Lakin hadisənin bu hissəsi ilə bağlı təfərrüatlar hələlik açıqlanmayıb.
Araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 28 İyul 2026 11:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















