Icma.az
close
up
RU
Arxalanacağımız tərəfdaşlara və dostlara malik olmaq çox vacibdir

Arxalanacağımız tərəfdaşlara və dostlara malik olmaq çox vacibdir

Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Neft gəlirlərinin düzgün idarə olunması, infrastrukturun inkişafı, iqtisadi şaxələndirmə və beynəlxalq əməkdaşlıq siyasəti Azərbaycanın uğurlu inkişaf modelini formalaşdırıb. Afrika ölkələri, xüsusilə enerji resurslarına malik olanlar Azərbaycanın bu təcrübəsindən öyrənə və iqtisadi inkişaflarını sürətləndirmək üçün əməkdaşlıq imkanlarından faydalana bilərlər. Bundan başqa, Azərbaycan kənd təsərrüfatı, turizm və texnologiya sahələrində də təcrübəsini bölüşərək Afrika ölkələri üçün yeni imkanlar yarada bilər.

Bu günlərdə ölkəmizdə rəsmi səfərdə olan Somali Prezidenti Hasan Şeyx Mahmudun keçirdiyi görüşlərdə, mətbuata bəyanatında bu kimi məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı, əməkdaşlığın daha da möhkəmləndirilməsində hüquqi baza olan sənədlərin imzalanması mərasimi keçirildi. Dövlət başçısı İlham Əliyev mətbuata bəyanatında bildirdi ki, bu, tarixi səfərdir və ölkələrimiz arasında ikitərəfli münasibətlərin tarixində ilkdir. Belə bir əminlik ifadə edildi ki, səfər ölkələrimiz arasında sıx dostluq münasibətlərində yeni səhifə açacaq. Prezident Hasan Şeyx Mahmud ilə görüşdə qarşılıqlı maraq doğuran kifayət qədər böyük sayda məsələlər artıq müzakirə edildi. İmzalanmış sənədlər ikitərəfli əlaqələrimizi çox sahələrdə inkişaf etdirməkdə qarşılıqlı iradəmizi aydın şəkildə nümayiş etdirir. Hazırda Bakıda imzalanmış bütün razılaşmalar həyata keçiriləcək və münasibətlərimizi daha yüksək səviyyəyə qaldıracaq.
Ölkələr arasında əlaqələrin inkişafında iqtisadi amil əsasdır. İqtisadi əməkdaşlıqda enerji sektoruna xüsusi diqqət göstərilir. Hazırkı dövrün əsas çağırışı yaşıl enerjiyə keçiddir. Azərbaycanın bu sahədə mövcud imkanları məlumdur. Ölkəmizin ötən il yüksək səviyyədə ev sahibliyi etdiyi və enerji diplomatiyasında dönüş nöqtəsi, çoxtərəfliliyin təntənəsi kimi dəyərləndirilən COP29 tədbiri bütün imkanların təqdimatında, yeni əməkdaşlıq formatlarının yaradılmasında əhəmiyyətli rol oynadı. Azərbaycanla Somali arasında imzalanan sənədlər sırasında bu sahədə əməkdaşlığın önəmi xüsusi diqqətdə oldu. Belə ki, "Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Somali Federativ Respublikasının Energetika və Su Ehtiyatları Nazirliyi arasında yaşıl enerji sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Somalinin energetika və su resursları naziri Abdullahi Bidham Varsame mübadilə etdilər.
Fevralın 13-də Somali Prezidenti Hasan Şeyx Mahmud Səngəçal neft terminalında da oldu. Xəzər Enerji Mərkəzindən başlanan tanışlıqda qeyd edildi ki, Azərbaycanın neft-qaz sənayesinin tarixini dolğun əks etdirən bu mərkəz ölkəmizin dünya neft və qaz sənayesindəki rolunu geniş təbliğ edir. Mərkəz 2005-ci ildə Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Gürcüstan və Qazaxıstandan olan yüksəksəviyyəli rəsmi qonaqların iştirakı ilə Prezident İlham Əliyev tərəfindən açıldı. Mərkəzin istifadəyə verilməsi Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin Azərbaycan hissəsinin açılışı ilə eyni vaxta təsadüf etdi. Burada qonaqlar rəmzi nişan kimi öz əl izlərini qoyub və bu nişan Xəzər Enerji Mərkəzinin rəmzinə çevrildi. Mərkəzin əsas məqsədlərindən biri Azərbaycanın neft və qaz sənayesinin 150 ildən çox olan tarixini nümayiş etdirməkdir. Ali qonağa respublikamızın neft tarixinin xronologiyası barədə ətraflı məlumat verildi. Neft və qaz sənayesi Azərbaycan üçün yalnız iqtisadi dəyər daşımır, o, eyni zamanda, milli qürur mənbəyidir. Dünyada ilk dəfə mexaniki üsulla neft quyusu 1847-ci ildə Bibiheybət ərazisində qazılıb. XIX əsrə qədər dünyada hasil edilən neftin yarısı ölkəmizin payına düşüb. XIX əsrin ikinci yarısında xarici ölkələrin iş adamları Azərbaycanda biznes fəaliyyətinə başlayıblar. Bunlara bütün dünyada tanınan Rotşildlər və Nobel qardaşlarını misal göstərmək olar. Dünyada məşhur olan Nobel mükafatı həm də Alfred Nobelin Bakıdakı neft yataqları üzrə səhmlərinin satışından əldə olunmuş vəsaitlərin toplanması hesabına yaradılıb. İkinci Dünya müharibəsi illərində Sovet İttifaqında neftin 75 faizini hasil edən Azərbaycan ordunu yanacaqla təchiz edərək, Qələbənin əldə olunmasında əhəmiyyətli rol oynayıb.
Azərbaycan müstəqilliyini bərpa etdikdən, 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkəmizin malik olduğu enerji resurslarından səmərəli istifadənin təmin edilməsi məqsədilə tarixə “Əsrin müqaviləsi” kimi daxil olan hasilatın pay bölgüsü haqqında saziş imzalandı. Bu müqavilə ölkənin sürətli inkişafına təkan verərək, onu regional enerji mərkəzinə, dünyanın enerji təhlükəsizliyinin təminatçısına çevirdi. Bu gün Azərbaycan Ümummilli Lider Jeydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurlarını yaşayır. Yaşıl enerjiyə keçid bunun bariz nümunəsidir. Dövlət başçısı İlham Əliyevin COP29-un Liderlər Sammitində qeyd etdiyi kimi Azərbaycan yaşıl keçidin güclü carçısı olacaq.
Prezident İlham Əliyev mətbuata bəyanatında onu da qeyd etdi ki, tərəfdaşlığımızın mühüm sahəsi beynəlxalq təsisatlarda qarşılıqlı dəstəkdir. Biz BMT, İslam Əməkdaşlığı Təşkilatı və digər beynəlxalq qurumlarda bir-birimizə dəstəyi birmənalı olaraq davam etdirəcəyik. Çünki hər iki ölkə üçün arxalanacağımız tərəfdaşlara və dostlara malik olmaq çox vacibdir.

Nihad Pənahov

YAP Tovuz rayon təşkilatının sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:234
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 17 Fevral 2025 10:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see537

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see484

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see372

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see285

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see261

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see242

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see238

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see232

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see228

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see212

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see205

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see203

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see197

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see196

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see192

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see185

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see183

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see182

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see172

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri