Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

A Seriyası: 19 illik rekord təkrarlandı

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Suqovuşan coğrafi və strateji baxımdan çox vacibdir

Suqovuşan coğrafi və strateji baxımdan çox vacibdir

Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu ərazinin bərpası həm də müdafiə xətlərinin möhkəmləndirilməsi və təhlükəsizliyin təmin edilməsi üçün önəmli bir addımdır


İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış"

Qarabağ və Şərqi Zəngəzur mənfur erməni işğalından azad ediləndən sonra ev-ev, oba-oba, el-el yenidən qurulur. Dirçəlişimiz və Böyük Qayıdışımız uğurla davam edir. Böyük Qayıdışın budəfəki ünvanı isə Ağdərə  rayonunun Suqovuşan kəndi olub. Xatırladaq ki, 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə “Dəmir yumruq” əməliyyatını uğurla davam etdirən Azərbaycan Ordusu oktyabrın 3-də şimal cəbhəsində mühüm strateji əhəmiyyətə malik Suqovuşan və Talış kəndlərini işğaldan azad etdi. İşğaldan sonra kənddə böyük tikinti quruculuq işləri həyata keçirilib. Dünən "Böyük Qayıdış" proqramı çərçivəsində Ağdərənin Suqovuşan kəndinə köçürülən sakinlərə evlərinin açarları təqdim olunub. Bu mərhələdə kəndə 54 ailə – 179 nəfər köçürülüb. Aprelin 7 -də isə Suqovuşan kəndinə 185  nəfərdən ibarət 53 ailənin növbəti köçü baş tutub. Ölkənin müxtəlif şəhər və rayonlarından yola salınan keçmiş məcburi köçkünlərə doğma ata-baba yurdlarında mənzillərin açarı təqdim edilib və ailələr yeni evlərində yerləşiblər. Bununla da, bugünədək Ağdərə rayonunun Suqovuşan kəndinə ümumilikdə 180 ailə köçürülüb. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov bildirib ki, köçürülən ailələrin işlə təmin edilməsi xüsusi diqqətdə saxlanılır. Qeyd edək ki, Suqovuşan kəndinə köç bundan sonra da davam edəcək. Kəndə planlaşdırılan köçlə bağlı ümumilikdə 180 ailə (591 nəfər) siyahıya alınıb.

Burada əhalinin məşğulluğunun təmin edilməsi üçün hər cür şərait yaradıldığı da sakinlərin nəzərinə çatdırılıb. Suqovuşan kəndinə avtomobil yolları, elektrik, rabitə, su xətləri çəkilib. Kənd qaz təchizatı ilə təmin olunub. Kənddə yararsız vəziyyətdə olan 144 şagird yerlik tam orta məktəbin binasında da əsaslı təmir işləri aparılıb. Bundan əlavə, ümumi gücü 7,8 meqavat olan “Suqovuşan-1” və “Suqovuşan-2” Kiçik Su Elektrik stansiyaları yenidənqurmadan sonra istifadəyə verilib. 

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 minə yaxın insan yaşayır.


Azad Vətən Partiyasının sədri Akif Nağının "Sherg.az"a açıqlamasına görə, Suqovuşanda yaşayışın bərpası Azərbaycanın işğaldan azad edilən ərazilərindəki bərpa prosesinin mühüm hissəsidir. Onun sözlərinə görə, bu ərazinin təkrardan yaşayışa açılması bir neçə vacib aspektdən Azərbaycanın inkişafı üçün böyük əhəmiyyət daşıyır:


"Suqovuşan, Azərbaycanın Qarabağ müharibəsində əldə etdiyi qələbənin simvolu və şanlı döyüşlər nəticəsində azad edilən ərazilərdən biridir. Suqovuşan qəsəbəsinin azad olunması Vətən müharibəsində strateji əhəmiyyət daşıyıb və bu, erməni ordusunda mənəvi-psixoloji sarsıntı yaradıb. Bu bölgənin azad olunması həm də Azərbaycan Ordusunun irəliləməsində mühüm rol oynayıb. Bu ərazinin yenidən yaşayışa açılması, həm də Vətən müharibəsinin nəticələrini konkret olaraq əks etdirən bir addımdır. Suqovuşan və ətraf kəndlər məcburi köçkünlər üçün yeni həyat imkanları yaradacaq. Bu, köçkünlərin vətənlərinə qayıtması və onların həyat şəraitinin yaxşılaşdırılması baxımından böyük bir addımdır".

A.Nağı "Böyük Qayıdış" proqramı çərçivəsində Suqovuşanda görülən bərpa və inkişaf işlərini dəstəklədiyini və bu prosesin ölkənin sosial-iqtisadi inkişafı baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb:

"Qarabağda aparılan bərpa və abadlıq işləri insanların təhlükəsiz və rahat yaşayışını təmin etməklə yanaşı, bölgəni həm yerli sakinlər, həm də xarici investorlar üçün cazibədar məkana çevirir. İndi bu ərazilərin abadlaşdırılması, burada yeni yaşayış binalarının tikilməsi, ümumiyyətlə, bərpa işlərinin aparılması bütövlükdə ölkənin mənəvi, psixoloji ab-havasını yaxşılaşdırır, eyni zamanda Qarabağa köçən insanların artıq bu bölgədə əminliklə yaşayacağına və təhlükəsiz olaraq öz həyatlarını sürdürəcəklərinə inam yaradır. Yəni görülən bütün işlər, yolların çəkilməsi həm ölkədə, həm də bölgədə Qarabağ bölgəsində yaşayan insanlar üçün bir rahatlıq, əminlik, güvən yaradır və əlbəttə, insanlarımız da ora məmnuniyyətlə gedirlər. Amma eyni zamanda həm də bölgəni də dünya üçün cazibədar edir. Buranın böyük turizm potensialı var. Yəni bu da önəmli bir məsələdir. Artıq dünyanın fərqli coğrafiyalarından müxtəlif iş adamlarının, investisiyanın bura gəlməsini bir formada təşviq edir. Hesab edirəm ki, Suqovuşanda yol, su, elektrik, təhsil və səhiyyə infrastrukturunun yenidən qurulması, bu bölgələrin inkişafını sürətləndirəcək. Həmçinin, ərazinin iqtisadi potensialı — kənd təsərrüfatı, turizm, sənaye — inkişaf etdirilərək bölgənin ölkə iqtisadiyyatına qatqı təmin ediləcək. Qeyd etdiyim kimi, Suqovuşan coğrafi və strateji baxımdan çox vacibdir. Bu ərazinin bərpası həm də müdafiə xətlərinin möhkəmləndirilməsi və təhlükəsizliyin təmin edilməsi üçün önəmli bir addımdır. Suqovuşanda yaşayan insanlar yalnız fiziki yox, mədəni və sosial baxımdan da geri dönəcək. Burada dini və mədəni abidələrin bərpası, mədəniyyətin qorunması və dini azadlıqların təmin edilməsi də əhəmiyyətli məsələlərdir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://sherg.az
archiveBu xəbər 10 Aprel 2025 11:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see664

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see434

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see396

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see280

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see273

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see271

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see241

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see235

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see223

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see214

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see213

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see211

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see210

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see207

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see206

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see196

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see195

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see192

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see186

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri