Icma.az
close
up
RU
Arxeologiyanın nəzəri problemləri: tarixi gerçəklik və təsnifat metodları

Arxeologiyanın nəzəri problemləri: tarixi gerçəklik və təsnifat metodları

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 21 aprel, AZƏRTAC

AMEA Arxeologiya və Antropologiya İnstitutunun doktorant və dissertantları üçün Arxeoloji irsin tarixi və nəzəriyyəsi şöbəsinin aparıcı elmi işçisi dosent Pərviz Qasımovun “Arxeoloji nəzəriyyə: klassik və müasir cərəyanlar” mövzusunda mühazirəsi keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, Pərviz Qasımov arxeologiya elminin nəzəri baxışlarının əsasını qoymuş arxeoloqlar, nəzəri cərəyanların mahiyyəti və mövcud nəzəri problemlər barədə danışıb. Bildirib ki, arxeologiyada əsasən üç nəzəri əsasda (primordializm, pozitivizm və dixotomizm) paradiqmalar var. Arxeoloji nəzəriyyənin əsas iki problemi göstərilir: birincisi, arxeoloqların tətbiq etdiyi təsnifatın və kateqoriyaların (arxeoloji tiplər, taksonlar və d.) və verdikləri izahın (adətlərin şərhi, proseslərin konvergent, diffuziya, təkamül, dalğavari və s. köklü olması) tarixi gerçəkliyə uyğunluğudur. İkincisi isə yazısız dövrdə qədim insan birliklərinin dil mənsubiyyətinin arxeoloji material əsasında təyininin mümkünlüyüdür. Kökü millətçiliyin və irqçiliyin yarandığı dövrə uzanan primordialist baxışa görə, yazısız mənbə olmadan da hər hansı coğrafi bölgədə və dövrdə mövcud olmuş qədim insan birliyinin dili dolayı metodlarla müəyyənləşə bilər. Amma istifadə edilən primordialist metodlar (mədəni nümunələrə, dəfn adətlərinə, bioloji göstəricilərə, müasir dövrdə arxeogenetikaya və s. görə) spekulyativdir: alimin emosional, ideoloji, siyasi mövqeyindən asılı olaraq qədim əhaliyə tam fərqli dil mənsubiyyəti verilə bilər. Pozitivist mövqeyində olan arxeoloqlar isə yalnız yazılı mənbə vasitəsilə qədim əhalinin dilinin müəyyən edilməsini bildirirlər. “Qərb akademik elmində pərdələnmiş primordialist mövqeyin hələ də mövcudluğunu nəzərə alsaq, yalnız arxeoloji nəzəriyyə üzrə biliklərimiz üzləşdiyimiz tədqiqatların mahiyyətini dərk etməyə və qərəzli iddialara və ibarələrə qarşı tutarlı cavab verməyə imkan verə bilər”, - deyə o əlavə edib.

Sonda P.Qasımov gənc tədqiqatçıların suallarını cavablandırıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Aprel 2026 14:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri