Icma.az
close
up
RU
Arzu Əliyeva Nizami Kino Mərkəzində “Tağıyev: Çar” bədii filminin təqdimat mərasimində iştirak edib FOTO

Arzu Əliyeva Nizami Kino Mərkəzində “Tağıyev: Çar” bədii filminin təqdimat mərasimində iştirak edib FOTO

Icma.az, Milli.az portalına istinadən məlumat yayır.

Aprelin 4-də Nizami Kino Mərkəzində böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin ömür yoluna həsr edilən "Tağıyev: Çar" bədii filminin təqdimat mərasimi olub.

Milli.Az xəbər verir ki, təqdimat mərasimində layihənin rəhbəri və baş prodüseri, Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva, mədəniyyət naziri Adil Kərimli, Milli Məclisin deputatları, tanınmış elm və mədəniyyət xadimləri iştirak ediblər.

Təqdimat mərasimindən əvvəl filmdə rol alan Xalq artisti Qurban İsmayılov jurnalistlərə açıqlamasında filmin böyük zəhmət bahasına başa gəldiyini deyib.

"Tamaşaçılara tövsiyə edirəm ki, bu filmə baxsınlar, çünki belə şəxsiyyətlər çox az olur. Onlar haqqında film çəkmək bütün yaradıcı insanların borcudur. Bu film, eyni zamanda, gənc nəsil üçün bir nümunədir," - deyə o qeyd edib.

Ekran əsəri Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Kino Agentliyinin dəstəyi ilə hazırlanıb.

Nümayişdən əvvəl məlumat verilib ki, "Tağıyev: Çar" filmi böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyat hekayəsinə həsr olunan "Tağıyev" filminin ikinci hissəsidir.

Bakı Media Mərkəzinin istehsalı olan filmdə XIX əsrin sonu - XX əsrin əvvəlində Bakı və regionda baş verən mühüm tarixi hadisələrə toxunulur. Çarı qarşılamaq təlaşı ilə paytaxt Bakının güc mərkəzləri hərəkətə keçir. Bu vəziyyətdə Hacı Zeynalabdin Tağıyev də öz çevik zəkası ilə vacib addımlar atır, qərarlar verir. Artıq məşhur milyonçu və xeyriyyəçiyə çevrilmiş Hacı bu zaman şəhər rəhbərliyi ilə ciddi mübahisələr də yaşayır.

Azərbaycan tarixinin tanıdılmasında və milli dəyərlərimizin təbliğində vacib əhəmiyyət daşıyan dördhissəli filmin ilk bölümü "Tağıyev: Neft" məhz böyük xeyriyyəçinin vəfatının 100 illiyinin qeyd olunduğu 2024-cü ildə təqdim edilib. Filmin ilk bölümü ilin əlamətdar mədəniyyət hadisəsinə çevrilib və ölkə kinoteatrlarında yayımlanaraq geniş izləyici kütləsi toplayıb, onu kinoteatrlarda 70 mindən çox tamaşaçı izləyib. Eyni zamanda, film beynəlxalq səviyyədə ilk uğurunu da qazanıb. Bədii filmin ilk bölümü dünyaca məşhur "Dehancer Colourist Awards 2024" festivalına qatılaraq keyfiyyətli rəng korreksiyalı tammetrajlı film nominasiyasında qalib gəlib.

Ekran əsəri Bakıda başmaqçı ailəsində dünyaya gələn və sonrakı milyonçu taleyi ilə öz xalqı üçün böyük işlər görən Hacı Zeynalabdin Tağıyevin həyatının ən müxtəlif dövrlərini özündə əks etdirir. Filmdə dövrünün nüfuzlu xeyriyyəçisi olan Tağıyevin fəaliyyəti ilə bağlı verdiyi çətin qərarlar, uğur qazanacağına olan inamı, inadkarlığı, sadə insanlara göstərdiyi dəstək, cəmiyyətin təhsil səviyyəsinin yüksəlməsi üçün atdığı tarixi addımlarla yaxından tanış olmaq, onun yaşadığı dövrə bir növ səyahət etmək mümkün olacaq. Ekran əsəri Şərqdə ilk "Qızlar məktəbi"nin Azərbaycanda tikilməsinə, ölkədə neft sənayesinin inkişafına, Bakı şəhərinin zəruri infrastrukturunun yaradılmasına nail olan Tağıyevin yaşadığı cəmiyyətin inkişafında oynadığı əvəzsiz rolu tamaşaçıya bədii-estetik formada təqdim edir.

Filmin çəkilişləri öz miqyasına görə də Azərbaycan kinematoqrafiya tarixinə düşüb. 76 fərqli məkanda çəkilişləri baş tutan filmdəki kütləvi səhnələrdə 2500-ə yaxın yaradıcı şəxs iştirak edib. Filmin tarixi səhnələri üçün 300-dən çox dekorasiya hazırlanıb. Tağıyevin yaşadığı tarixi dövrü tam əks etdirmək üçün xüsusi geyim emalatxanası yaradılıb, çoxlu sayda libas, aksesuar, zərgərlik nümunəsi və xüsusi rekvizitlər hazırlanıb.

Filmin baş prodüseri Arzu Əliyeva, prodüseri Orman Əliyev, rejissoru Zaur Qasımlı, ssenari müəllifləri İsmayıl İman, Asif İsgəndərli və Zaur Qasımlı, operatoru Vladimir Artemyev, rəssamı Səbuhi Atababayev, geyim rəssamı Vüsal Rəhim və bəstəkarı Etibar Əsədlidir.

Xalq artistləri Pərviz Məmmədrzayev, Qurban İsmayılov, Əməkdar artistlər Rasim Cəfər, Elşən Rüstəmov, Natəvan Hacıyeva da daxil olmaqla, geniş peşəkar aktyor heyəti filmdə tarixi personajları canlandırıb.

Ekran işinin ərsəyə gəlməsinə "Neqsol Holding", "Kapital Bank", "Bakcell" və "Norm" şirkətləri də dəstək verib.

Nümayişdən sonra çıxış edən ssenari müəllifi Zaur Qasımlı filmin ərsəyə gəlməsində əməyi olanlara təşəkkürünü bildirib.

Filmin təqdimatı böyük maraqla qarşılanıb.

Qeyd edək ki, Azərbaycan tarixini yaşatmaq, həqiqətləri olduğu kimi çatdırmaq yarandığı ilk gündən Bakı Media Mərkəzi üçün böyük önəm daşıyır. Mərkəz bu müddət ərzində ölkəmizin ən müxtəlif tarixi dövrlərini özündə əks etdirən və ictimaiyyət tərəfindən geniş marağa səbəb olan "Hədəf Bakıdır", "Miras", "Son iclas", "Əbədi ezamiyyət", "Biz", "Şuşa, sən azadsan!" kimi filmlər istehsal edib.

"Tağıyev: Çar" bədii filminin treylerini aşağıdakı linkdən izləmək olar: https://www.youtube.com/watch?v=T2DO2juNRMo

Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:124
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 05 Aprel 2025 10:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see720

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see190

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see167

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see164

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see149

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see142

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see142

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see141

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see134

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri