Icma.az
close
up
RU
Arzu Nağıyev: Heydər Əliyev müasir Azərbaycanın təhlükəsizlik sisteminin memarıdır

Arzu Nağıyev: Heydər Əliyev müasir Azərbaycanın təhlükəsizlik sisteminin memarıdır

Icma.az, Apa.az portalına istinadən məlumat yayır.

Ulu öndər Heydər Əliyev müasir Azərbaycanın təhlükəsizlik sisteminin memarıdır.

APA-nın xəbərinə görə, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev “Konstitusiya və Suverenlik ili” çərçivəsində Dövlət Suverenliyi Gününə həsr edilən konfransda bildirib.

Arzu Nağıyev deyib ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü tam şəkildə bərpa olunub və ölkə tam suveren şəkildə öz ərazisində idarəetməni təmin edir: “Bu baxımdan 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunmasının əsas mesajı – Prezident İlham Əliyev tərəfindən irəli sürülən bu təşəbbüs çox dərin siyasi və hüquqi məna daşıyır. Konstitusiyamızın qəbul olunmasının 30 ili, ərazi bütövlüyümüzün bərpa edilməsinin və qələbəmizin 5 ili tamam olur. Bu baxımdan Konstitusiyanın və suverenlik prinsipinin faktiki reallaşmasının mühüm mərhələsidir. Bu eyni zamanda qələbəmizin və suverenliyimizin hüquqi əsaslarının möhkəmləndirilməsi istiqamətində "Konstitusiya və Suverenlik İli" çərçivəsində bütün sahələrdə əldə edilən nailiyyətlərin hüquqi baxımdan maarifləndirmənin genişləndirilməsi və dövlətçilik ənənələrinin təbliği istiqamətində prioritet məsələlərdəndir”.

Arzu Nağıyev vurğulayıb ki, Ulu öndər Heydər Əliyev müasir Azərbaycanın təhlükəsizlik sisteminin memarıdır: “Milli təhlükəsizliyin təmin olunması hər bir dövlətin daxili və xarici siyasətinin prioritet istiqaməti hesab olunur. Dövlət müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün, konstitusiya quruluşunun, milli maraqlarının daxili və xarici təhdidlərdən qorunması Azərbaycan Respublikasının milli təhlükəsizliyinin əsasını təşkil edir”.

Parlamentin komitə sədri “Konstitusiya və Suverenlik İli” çərçivəsində təhlükəsizlik sahəsində əsas hədəf və gözləntilərə də toxunub: “Azərbaycan Prezidenti İlham Əliyevin müstəqil daxili və xarici siyasətin əsasını suverenlik, ərazi bütövlüyü ,onun qorunması və hər bir Azərbaycan vətəndaşının rifahı durur. Dövlət olaraq biz informasiya məkanında müstəqil, şəffaf və təhlükəsiz mühitin qurulmasına yönəlik fəaliyyətimizi davam etdirəcəyik. Heydər Əliyevin müəyyən etdiyi təhlükəsizlik konsepsiyası bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və zamanın tələblərinə uyğun olaraq inkişaf etdirilir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:97
embedMənbə:https://apa.az
archiveBu xəbər 19 Sentyabr 2025 11:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see252

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see240

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see234

Nazirlik Qarabağ Toxum şirkətində maliyyə nöqsanı AŞKARLADI

20 Dekabr 2025 16:33see209

“Azərbaycanın bank sistemi Ermənistanın bank sistemi ilə müqayisədə zəifdir” DEPUTAT

19 Dekabr 2025 14:13see176

Avtomobil nəhəngi 37 min avtomobili geri çağırır

20 Dekabr 2025 11:09see157

Azərbaycanda Balıqçılıq haqqında yeni qanun qəbul olunacaq

19 Dekabr 2025 11:26see156

FT: “AK nin təşəbbüsünün qatili Corca Meloni olub”

19 Dekabr 2025 15:39see152

Çexiya təşəbbüsü davam edəcək...

20 Dekabr 2025 04:22see147

Türkiyə Super Liqası: Antalyaspor səfərdən xalsız döndü

20 Dekabr 2025 02:06see146

Məhkəmə Hüquq Şurasının nümayəndə heyəti Albaniyada təcrübə səfərində olub

19 Dekabr 2025 18:52see144

Ərzaq bazarında qiymət artımı inflyasiyanı necə üstələyir?

20 Dekabr 2025 11:53see142

Fotoqraflar nadir qurbağaların ölümünə səbəb oldular FOTO

19 Dekabr 2025 18:05see141

Neftçi Yevlaxa yola düşdü

19 Dekabr 2025 19:11see139

Zelenski istedadlı sənətkardır Putindən həmin videoya münasibət

19 Dekabr 2025 13:59see138

Özbəkistan Azərbaycanla tarixi filmlər istehsalına başlayır “Dirik tarix” layihəsi

19 Dekabr 2025 17:14see137

La Liqa: “Valensiya” və “Malyorka” sülhlə ayrılıblar

20 Dekabr 2025 02:06see135

KİV: Pentaqon ardıcıl səkkizinci ildir KONKRET

20 Dekabr 2025 00:35see135

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see135

Saçların daha sürətli uzanmasını təmin edən TƏBİİ YAĞLAR

20 Dekabr 2025 02:36see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri