Icma.az
close
up
RU
Millət vəkili Arzu Nağıyev Azərbaycanın yeni dövr prioritetlərindən danışdı MÜSAHİBƏ

Millət vəkili Arzu Nağıyev Azərbaycanın yeni dövr prioritetlərindən danışdı MÜSAHİBƏ

Icma.az, Sfera.az portalına istinadən məlumat yayır.

Postmüharibə dövrü Azərbaycanın təhlükəsizlik siyasətində yeni bir dönüş nöqtəsidir. İkinci Qarabağ müharibəsinin nəticələri, həm ölkə daxilində, həm də beynəlxalq arenada yeni reallıqlar yaratdı. Azad edilmiş ərazilərdə sabitliyin təmin olunması, Şərqi Zəngəzurda strateji layihələrin həyata keçirilməsi və Ermənistanın təxribatçı fəaliyyətlərinə qarşı mübarizə ölkənin gələcək təhlükəsizlik prioritetlərinin müəyyənləşməsində mühüm rol oynayır. Bu dövr, yalnız ərazilərin bərpası və inkişafı ilə deyil, eyni zamanda Azərbaycanın regional və qlobal təhlükəsizlik siyasətində yeni yanaşmaların tətbiqi ilə də diqqət çəkir.

Sfera.az Millət vəkili, Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə Mübarizə Komitəsinin sədri Arzu Nağıyev ilə müsahibəni təqdim edir:

– Postmüharibə dövründə Azərbaycanın təhlükəsizlik prioritetləri nələrdir?

– Azərbaycanın təhlükəsizlik prioritetləri daim eyni strateji xətt üzrə formalaşıb: suverenliyin qorunması, ərazi bütövlüyünün təmin olunması, sərhədlərimizin mühafizəsi və regionda davamlı sülhün bərqərar olunması. Eyni zamanda, dövlətimizin müstəqil daxili və xarici siyasət yürütməsi də bu prioritetlərin ayrılmaz hissəsidir. Daxili siyasətin əsas istiqaməti isə xalqımızın rifahının təmin olunmasıdır. Bunun üçün ölkə daxilində sabitlik möhkəmləndirilməli, hər bir potensial təhdidə qarşı çevik və effektiv təhlükəsizlik sistemləri formalaşdırılmalıdır. Bu yanaşma Azərbaycanın milli maraqlarının müdafiəsində əsas xəttdir.

– Azad olunmuş ərazilərdə sabitlik hansı mexanizmlərlə təmin olunur?

– İşğaldan azad edilən ərazilərdə sabitliyin təmin olunması dövlətimizin başlıca vəzifələrindəndir. Bu məqsədlə, hərbi təhlükəsizlik baxımından xüsusi təyinatlı və komando tipli qoşun birləşmələri yaradılıb, ordu quruculuğu yüksək səviyyəyə çatdırılıb. Ən mühüm məsələlərdən biri isə minalardan və partlamamış döyüş sursatlarından ərazilərin təmizlənməsidir ki, bu da olduqca mürəkkəb və təhlükəli prosesdir. Paralel olaraq, mərhələli şəkildə həyata keçirilən Böyük Qayıdış proqramı çərçivəsində vətəndaşlarımızın doğma torpaqlarına köçü həyata keçirilir. Bütün bu tədbirlər həm təhlükəsizliyin, həm də sosial-iqtisadi sabitliyin təmininə xidmət edir.

– Şərqi Zəngəzurda həyata keçirilən infrastruktur və təhlükəsizlik layihələri regionun strateji əhəmiyyətini necə artırır?

– Şərqi Zəngəzurda icra edilən infrastruktur layihələri Azərbaycanın geosiyasi və geoiqtisadi mövqeyini daha da gücləndirir. Regionun bərpası və inkişafı çərçivəsində nəqliyyat, rabitə, kənd təsərrüfatı və enerji sahələrində atılan addımlar təkcə daxili iqtisadiyyatımızı stimullaşdırmır, eyni zamanda xarici sərmayədarların da diqqətini cəlb edir. Bu layihələr Azərbaycanın regional və beynəlxalq nəqliyyat dəhlizlərində iştirakını artırmaqla, ölkəmizi strateji tranzit mərkəzlərindən birinə çevirir.

– Ermənistanın təxribatçı fəaliyyətləri fonunda Azərbaycanın müstəqil xarici siyasətinin davamlılığı necə təmin olunur? 

– Azərbaycanın xarici siyasəti milli maraqlar üzərində qurulub və müstəqil xətt üzrə inkişaf edir. Əsas məqsədimiz Ermənistanla sülh müqaviləsinin imzalanmasıdır. 44 günlük Vətən müharibəsindən dərhal sonra ölkəmiz 3+3 formatında əməkdaşlıq platforması təklif etdi. Bu, regionda dayanıqlı sülhün qurulmasına, dövlətlərin suverenliyinə hörmətə və beynəlxalq hüququn işləməsinə xidmət edir. Eyni zamanda, Azərbaycan Avropanın enerji təhlükəsizliyində əsas tərəfdaş ölkələrdən biri olaraq öz mövqeyini qoruyub saxlayır. Bu baxımdan, iqtisadi və enerji suverenliyimiz xarici siyasətimizin dayaqlarındandır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://sfera.az
archiveBu xəbər 07 May 2025 19:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see361

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see204

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see195

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see185

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see180

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see171

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see165

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see160

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see157

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see149

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see145

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see145

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see144

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see141

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see138

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see136

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see133

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see132

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri